Qabon — Vikipediya

Qabon Respublikası

République Gabonaise
Qabon
Qabon gerbi
Gerb
Şüarı: Union, Travail, Justice
Himni: La Concorde
Qabon xəritədə yeri
Paytaxtı
və ən böyük şəhəri
Librevil
Rəsmi dillərifransız
İdarəetmə formasıPrezident respublikası
• Prezident
Əli Bonqo Ondimba [ 16.X.2009 ]
• Baş nazir
Roz Kristian Raponda [16.7.2020]
Yaranması17 avqust 1960
Tarixi 
• Yaranması
1960
Ərazisi
• Ümumi
267667
Əhalisi
• 2015 təxmini
1 700 min (151-ci yer)
• 1.XII.2003 siyahıya alma
1517 min
• Sıxlıq
63/km2 (163.2/kv. mil)
ÜDM (AQP)2014 təxmini
• Ümumi
34 280 milyon (134-cü)
• Adam başına
21 600 (79-cu)
Yolun hərəkət istiqamətisağ
Telefon kodu241
ISO 3166 koduGA
İnternet domeni.ga

Qabon (République Gabonaise) — Mərkəzi Afrikada dövlət. Paytaxtı Librevil şəhəridir. Fransanın keçmiş müstəmləkəsidir. Afrika qitəsində ən zəngin və stabil dövlət sayılır.

Qabon ərazisində dünyada ən iri qalındərili tısbağa populyasiyası aşkar olunub.

Map
Qabon

Tarix[redaktə | mənbəni redaktə et]

Müstəmləkə dövrü[redaktə | mənbəni redaktə et]

Qabonun ilk əhalisinin piqmeylər olduğu ehtimal olunur. 1471-1473 illərdə porquqallar Qabon sahillərinə çatdı. XVII VƏ XVIII əsrlərin başı Avropalılar zənci ticarətiylə birlikdə fil dişi və eboni ticarətinə yönəldi. 1843-cü ildə Fransa qəti olaraq Qabona yerləşdi. Şimal şərqdən gələn fransızlar yerli xalqı püskürdərək ərazini aldı. 1849-cü ildə azad edilmiş kölələr tərəfindən Librevil şəhəri quruldu ( Libreville "sərbəst şəhər"mənasını verir.) 1886-cı ildə Qabon Fransız müstəmləkəsi oldu. Bura daha sonra Fransız Konqosu ilə birləşdi. 1888 -1904-cü illərdə Qabon, Fransız Ekvatorial Afrikasına bağlı bir müstəmləkə oldu.

Müstəqillik dövrü[redaktə | mənbəni redaktə et]

Qabon 1956-cı ildə muxtariyyət əldə etdi və 1958-ci ildə Qabon Respublikası elan edildi.1960-cı ildə Respublika rəsmi olaraq müstəqilliyinə qovuşdu. 1961-1967 illəri arasında Leon M'Ba prezidentliyinə gətirildi ( 1964-cü ildə Fransa onun iqtidarda qalabilməsini təmin etmək üçün müdaxilə etdi). 1967-ci ildə Omar Bonqo iqtidara gəldi və tək partiyaya söykənən ölkəni idarə etməyə başladı. 1990-cı ildə çox partiyalı siyasət həyata keçildi və 1991-ci ildə konstitusiya dəyişikliyiyləbirlikdə Partiyalar Aktı qəbul edildi. 1992-ci ildə Omar Bonqo yenidən prezidentliyinə seçildi.

Fiziki-coğrafi xarakteristika[redaktə | mənbəni redaktə et]

Ölkənin iqlimi tropik, hava daim isti və nəmlidir. Ərazinin topoqrafiyası üçün dar sahil düzənlikləri, təpəlik daxili relyef və şərq və şimalda ağacsız böyük düzənliklər xarakterikdir.

İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

2011-ildə Qabonda neft hasilatı 12,2 mln.tona çatdı. Qabon Afrikanın ən inkişaf etmiş və zəngin ölkəsidir. Ölkənin inkişaf etməkdə olan iqtisadiyyatının əsasını mədənçilik meydana gətirir. Dünyanın dördüncü böyük manqan yataqlarına sahib olan ölkədə nefturan yataqları da iqtisadiyyata çox böyük qatqı təmin edir. Dağ-qazma və neft xaricində digər əhəmiyyətli fəaliyyət taxta istehsalıdır. Kənd istehsalı isə ümumilikdə gəlir vasitəsi səviyyəsində davam etdirilir.

25 Mart 2011 tarixində Qabonda imzalanan, 17/5/2012 tarixli və 6311 saylı Qanunla təsdiqlənməsi uyğun olan əlavə "Türkiyə Respublikası Hökuməti və Qabon Respublikası Hökuməti arasında turizm sahəsində Əməkdaşlıq Sazişi" nın təsdiqi, Xarici İşlər Nazirliyinin 6/7/2012 tarixli və HUM / 5605340 saylı yazısı üzərinə, 31/5/1963 tarixli və 244 saylı Qanunun 3-cü maddəsinə görə, Nazirlər Assambleyası 24/7/2012 tarixində qərarlaşdırılmışdır.

5 il müddət ilə viza əməliyyatları qaldırılmışdır.

Din[redaktə | mənbəni redaktə et]

Əhalinin 46,3 %-i Katolisizm, 33,1 %-i Protestantlıq ( başlıca:Pentakostalizm), 9,3 %-i Animizm , 8,8 %-i isə İslam dininə etiqad edir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]