
Error
Our servers are currently under maintenance or experiencing a technical problem. Please try again in a few minutes.
See the error message at the bottom of this page for more information.
Qambiya Respublikası seksual of The Gambia Qambiya | |
---|---|
Şüarı: ing. Progress, Peace, Prosperity (Tərəqqi, Sülh, Çiçəklənmə) | |
Himni: For The Gambia Our Homeland | |
![]() | |
Paytaxtı | Bancul |
Ən böyük şəhəri | Serekunda |
Rəsmi dilləri | ingilis dili və digər yerli dillər 9-yerli dil |
Etnik qrupları | mandinka - 42%, fula - 18%, volof - 16%, cola - 10%, seraxuli - 9% |
Dini | İslam |
İdarəetmə forması | İslam Respublikası |
Adama Berrou | |
• Vise-prezident | Halifa Sallah |
Qurulması | |
Tarixi | |
• Böyük Britaniyadan müstəqillik elan olunub | 18 fevral 1965 |
• Yaranması | 1965 |
Ərazisi | |
• Ümumi | 11300 (167-ci yer) |
• Su (%) | 10 |
Əhalisi | |
• 2015 təxmini | 1 940 min (149-cu yer) |
• 15.IV.2013 siyahıya alma | 1 882 450 |
• Sıxlıq | 171/km2 (442.9/kv. mil) |
ÜDM (AQP) | 2014-cü təxmini |
• Ümumi | 3 362 milyon (180-ci) |
• Adam başına | 1 700 (210-cu) |
Valyutası | Dalasi |
Saat qurşağı | UTC 0 |
Telefon kodu | 220 |
ISO 3166 kodu | GM |
İnternet domeni | .gm |
Qambiya (ing. The Gambia) və ya rəsmi adı ilə Qambiya Respublikası (ing. Republic of The Gambia) — Qərbi Afrikada dövlət. Qambiya ərazicə Afrikanın ən kiçik ölkələrindəndir. Şimaldan, şərqdən və cənubdan Seneqalla həmsərhəddir. Qərbdən isə Atlantik okeanı ilə əhatə olunmuşdur. Paytaxtı Bancul, ən böyük şəhəri Serekunda ümumi sahəsi 10,689 kvadrat kilometrdir. Qambiya 18 fevral 1965-ci ildə Böyük Britaniyanın müstəmləkəçiliyindən azad olaraq və Millətlər Birliyinə daxil olmuşdur. Ölkə iqtisadi inkişafı səviyyəsinə görə dünyanın ən yoxsul ölkələrindən biridir.
1960-cı ildə Britaniya Protektoratı olan Qambiyaya seçki hüququ verildi və Qanunvericilik Şurasını 34 nəfərdən ibarət Nümayəndələr Palatası (House of Representatives) əvəz etdi. 1962-ci ildə baş nazir və Qubernator Sədirlik etdi,8 digər nazirliklərin də daxil olduğu İdarə Heyəti yaradıldı. Mütərəqqi Xalq Partiyasının lideri Dauda Jawara birinci baş nazir oldu. 1963-cü il Oktyabrın 4-də Qambiya tam özünüidarə hüququ qazandı. 1965-ci ildə qüvvəyə minən müstəqil Qambiya Konstitusiyasına görə ölkə Birliyi çərçivəsində konstitusiya monarxiya elan olundu. 1970-ci il aprelin 23-də keçirilən Referendumla Qambiya respublika oldu. 1981-ci ilin iyulunda ölkədə bir üsyan oldu və seneqallı əsgər tərəfindən yatırıldı, qiyam zamanı 500–800 nəfər şəhid oldu və iqtisadiyyata böyük maddi ziyan dəydi.
1982-ci ilin fevralında Qambiya Seneqal ilə birlikdə Seneqambiya Konfederasiyası yaradır. Bu zaman ərazicə və əhali sayına görə kiçik olan Qambiya özünün hökumətinə, müstəqil maliyyə və xarici siyasətinə malik olur. Konfederasiya daxilində xarici siyasətin koordinasiya ediməsi, silahlı qüvvələrin, xüsusi xidmətin və nəqliyyat infrastrukturunun birləşdirilməsi nəzərdə tutulmuşdu. Sonradan Qambiya konfederasiyanın idarə edilməsində rolunun artırılmasını tələb etməyə başladı. Fikir ayrılıqlarına görə konfederasiya 1989-cu ildə fəaliyyətini dayandırdı. Sonrakı dövrdə hər iki dövlətin münasibətləri gərgin olaraq qalır.
Qambiyanın prezidenti Yəhya Camme 2015-ci ildə Qambiyanı İslam Respublikası elan etdi. Bununla da Qambiya İran, Pakistan, Əfqanıstan və Mavritaniyadan sonra 5-ci İslam Respublikası oldu.
Our servers are currently under maintenance or experiencing a technical problem. Please try again in a few minutes.
See the error message at the bottom of this page for more information.