Syerra-Leone — Vikipediya
Syerra Leone Respublikası Republic of Sierra Leone Syerra Leone | |
---|---|
Şüarı: "Unity, Freedom, Justice" "Birlik, azadlıq, ədalət" | |
![]() | |
Paytaxtı və ən böyük şəhəri | Fritaun 8°29,07′ şm. e. 13°14,07′ q. u. |
Rəsmi dilləri | İngilis dili |
Etnik qrupları | temne-35%, mende-31%,limba -8%, fulbe-4%, kono-2%,krio-2%,koranko-2%, loko-2%,maninka-2%,susu-2% |
İdarəetmə forması | Prezident respublikası |
Julius Maada Bio [4.IV.2018 ~] | |
Mohamed Juldeh Jalloh [4.IV.2018 ~] | |
Jacob Jusu Saffa [30.IV.2021 ~] | |
Qurulması | |
Tarixi | |
• Böyük Britaniyadan müstəqillik | 27 aprel 1961 |
• Respublika elan edilməsi | 19 aprel 1971 |
• Yaranması | 19 aprel 1971 |
Ərazisi | |
• Ümumi | 71740 (119-cu yer) |
• Su (%) | 1,1 |
Əhalisi | |
• 2015 təxmini | 7 075 641 |
• 4.XII.2004 siyahıya alma | 4 976 871 |
• Sıxlıq | 79.4/km2 (205.6/kv. mil) (114) |
ÜDM (AQP) | 2016 təxmini təxmini |
• Ümumi | 9,881 milyard |
• Adam başına | 1,534 |
ÜDM (nominal) | 2016 təxmini təxmini |
• Ümumi | 4,563 milyard |
• Adam başına | 708 |
İİİ (2013) | 0.359 aşağı · 177-ci yer |
Valyutası | Leone (SLL) |
Saat qurşağı | +0 |
Telefon kodu | 232 |
İnternet domeni | .sl |
Syerra Leone — Afrika qitəsinin qərbində, Atlantik okeanı sahillərində yerləşən dövlət. Ölkə şimaldan və şərqdən Qvineya ilə, cənub-şərqdən isə Liberiya ilə həmsərhəddir. Paytaxtı Fritaun şəhəridir.
Tarix[redaktə | mənbəni redaktə et]
Qonşusu Liberiya kimi azad edilmiş Afrikalı qullar tərəfindən qurulub (1791-ci ildə Fritaunu qurdular). Syerra Leone 1961-ci ildə ingilis müstəmləkə əsarətindən çıxaraq müstəqilliyini e'lan etmiş, 10 il sonra krallıq üsul-idarə sistemindən imtina edərək, respublikaya çevirilmişdir. 90-cı illərdən başlayaraq 2002-ci ilə qədər dağıdıcı bir vətəndaş müharibəsi yaşamışdır. Ölkə ərazisində BMT sülhməramrıları fəaliyyət göstərməkdədir.
Almaz mə'dənləri baxımından olduqca zəngindir, buna baxmayaraq qərbli müstəmləkəçilərin təhrik etdiyi və göz yumduğu vətəndaş müharibəsi nəticəsində bir xeyli yoxsullaşmışdır.
Coğrafiya[redaktə | mənbəni redaktə et]
Sərhədlərinin ümumi uzunluğu 958 km olub, sərhəd qonşuları isə Qvineya (652 km), Liberiya (306 km), sahil xəttinin uzunluğu 402 km-dir.
Təbii sərvətləri almaz, titan, boksit, dəmir, qızıl, xromdur.
Tropik iqlimə sahibdir və ən alçaq nöqtəsi isə Atlantik okeanı 0 m-dir, ən yüksək nöqtəsi Loma Mansa (Bintimani dağında) 1.948 m -dir. Şərq Sierra Leone platasında yüksək səpələnmiş dağlar yerləşir.
Ölkənin mərkəzi meşələr, kol və əkinçilik olan düzənlik bölgədir ki, bu da Syerra-Leonenin ərazisinin təxminən 43%-ni tutur. Ölkənin şimal hissəsi Qvineya meşə-savanna mozaika ekoregionunun hissəsi kimi Dünya Vəhşi Təbiət Fondu tərəfindən təsnif edilmişdir, cənub hissəsini isə yağıntılı meşə düzənlik və əkinçilik təşkil edir.
Ərazi istifadəsi: əkinçiliyə uyğun torpaqlar 31%, meşəlik ərazi 28% və digərləri 33%-dir. Suvarılan ərazi 290 km²-dir.
Əhalisi[redaktə | mənbəni redaktə et]
Orta ömür həddi kişilərdə 42,69 il, qadınlarda 48,61 il (2001 mə'lumatları) olub,1 qadına düşən orta uşaq sayı 6.01 uşaq (2001 təxmini) təşkil edir.
Din[redaktə | mənbəni redaktə et]
Ölkə əhalisinin 78%-i islam, 21%-i xristian, 1%-i isə digər dinlərə sitayiş edir.
İqtisadiyyat[redaktə | mənbəni redaktə et]
İnflyasiya nisbəti (istehlakçı qiymətlərində) 15% -dir (2000 mə'lumatları). İş gücü 1981 mə'lumatlarına görə 1.369 milyondur. Sənaye, mə'dənçilik (almaz, dəmir, boksit) kiçik ölçülü sənaye müəssisələri (içki, toxuculuq, siqaret, ayaqqabı), qəhvə, kakao, kokos və neft e'mali zavodlarından ibarətdir.
Əsas ixracat məhsulları almaz,pivə,siqaret,ayaqqabı və gön dəridir.
Kənd təsərrüfatı məhsulları düyü, qəhvə, palma toxumu, yer fıstığıdır. Ayrıca iqtisadi gəlir gətirən başda balıqçılıq olmaqla ev heyvandarlığı, mal-qoyun-donuz da yetişdirilir.
İllik 65 milyon $ (2000 mə'lumatları) ixrac edir və ixrac məhsulları almaz, kakao, qəhvə, balıqdır. Idxal isə illik 145 milyon $ (2000 mə'lumatları). Qida maddələri, maşın və avadanlıq, yanacaq və yağlar, kimyəvi maddələr idxal edir. İdxal nisbətləri aşağıdakı şəkildədir: İngiltərə 34%, ABŞ 8%, İtaliya 7%, Nigeriya 5% (1999)