Qana — Vikipediya

Qana Respublikası

Republic of Ghana
Qana
Qana gerbi
Gerb
Şüarı: Azadlıq və Ədalət
Himni: God Bless Our Homeland Ghana
Tanrı vətənimiz Qananı qorusun

Qana xəritədə yeri
PaytaxtıAkkra
Ən böyük şəhəriAkkra, Tamale, Kumasi,Bolqatanqa
Rəsmi dilləriİngilis dili
İdarəetmə formasıPrezident Respubliksaı
• Prezident
Nana Akufo-Addo
Mahamudu Bawumia
Qurulması
Tarixi 
• Böyük Briyaniyadan müstəqillik
6 Mart 1957
• Yaranması
1957
Ərazisi
• Ümumi
238533 (82-ci yer)
• Su (%)
4,61
Əhalisi
• 2016 təxmini
27,5 milyon (48-ci yer)
• 26.IX.2010 siyahıya alma
24 658 823
• Sıxlıq
115/km2 (297.8/kv. mil)
ÜDM (AQP)2009 təxmini
• Ümumi
34.214 milyard $ (80)
• Adam başına
1,571 $ (40)
ÜDM (nominal)2009 təxmini
• Ümumi
17.75 milyard $
• Adam başına
638 $
İİİ (2011)0.541
aşağı · 135
ValyutasıQana Cedisi (GHS)
Saat qurşağıUTC0 (GMT)
• Yay (DST)
GMT
Yolun hərəkət istiqamətisağ
Telefon kodu233
ISO 3166 koduGH
İnternet domeni.gh
Map
Qana

Qana rəsmi adı Qana Respublikası — Qərbi Afrikada dövlət. Qərbdə Kot d’İvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunmuşdur.

Siyasi və coğrafi mövqeyi[redaktə | mənbəni redaktə et]

Qananın siyasi xəritəsi
Qananın xəritəsi

Afrikada Qvineya körfəzi sahilinin ölkələrindən sayılan Qana Respublikası Volta çayı hövzəsində yerləşir. Paytaxtı Akkra şəhəridir.

Təbii resursları[redaktə | mənbəni redaktə et]

Region ölkələri arasında Qananın ekoloji-coğrafi mühiti bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu fərq ilk növbədə dəniz sahilində özünü göstərir. Takoradidən şərqə doğru savanna yerləşsə də, həmin enlikdə rütubətli meşə zonası üstünlük təşkil edir. Savannanın dəniz sahilinə yaxın olmasının əsas səbəbi yağıntıların 650–800 mm və illik temperaturun yüksək olmasıdır. Takoradidən qərbə doğru yağıntılar kəskin artır-2000 mm. Burada həmişəyaşıl tropik meşələrlə yanaşı, yağlı palma, şəltik əkin sahələri də üstünlük təşkil edir. Ən isti aylarda (mart) orta temperatur 27°S, ən soyuq ayda (avqust) 23°S.-dir.

Qana Respublikası qızıl, almaz, dəmir filizi, manqan, xromit və neft-qaz. meşə materialları, balıq, hidpoenerji resursları ilə zəngindir. Ölkənin əsas ixrac məhsulları qızıl, almaz, alüminium, boksit, marqan filizi, kakao, meşə materialları və balıq məhsullarıdır.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Qana bölgələri

Əhalinin illik artım 1,9% , orta illik ömür: kişilərdə 59 yaş, qadınlarda 62 yaş təşkil edir.

Qana əhalisinin 72%-i Qvineya dil yarımqrupuna daxildir. Əhalinin etnik tərkibinin 43%-ni akan, 15,2%-ni mole-daqbon, 11,7%-ni eve, 7,3%-ni adanqme, 4%-ni quan, 3,6%-ni qurma, 2,6%-ni qrusi və s. xalqlar və etnik qruplar təşkil edir (2000-ci il siyahıyaalınmasına əsasən). Akan etnosları Qvineya dil yarımqrupunun 65%-ni, bütün ölkə etnik qruplarının isə 43%-ni təşkil edir. Akan etnosuna çvi (tvi), fanti (meşə zonasında), akvapim (dəniz sahilində), aşanti, dençira, baule və s. xalqlar daxildir. Akanların dili dörd ədəbi dil formalarına bölünür: çvi (tvi), fanti, Akvapim və akim.

Qana gənc əhaliyə sahib olub, 2016-cı ilin təxmini məlumatlarına görə əhalinin 56,86 %-i 0-24 yaş aralığındadır. Qana əhalisi digər Afrika ölkələrindən fərqli olaraq orta hədd səviyyəsinə görə daha çox yəni 4,19 %-ni 65 yaş və yuxarı yaş həddinə sahib olan əhali təşkil edir.

0-14 yaş: 38.2% (kişi 5,164,505/qadın 5,113,185)
15-24 yaş: 18.66% (kişi 2,498,185/qadın 2,522,353)
25-54 yaş: 34.05% (kişi 4,445,321/qadın 4,716,311)
55-64 yaş: 4.91% (kişi 642,984/qadın 678,784)
65 yaş ve yuxarı: 4.19% (kişi 520,589/qadın 606,045)

2015-ci ilin məlumatlatına görə ölkə əhalisini 54,4%-ni şəhər əhalisi təşkil edir. Əhalinin artım nisbəti 2016-ci ilin məlumatlarına əsasən 2,58% həddindədir.

Siyasət[redaktə | mənbəni redaktə et]

Qananın ilk baş naziri və ilk prezidenti Kvame Nkruma idi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]