Şistlər — Vikipediya

Şistlər - əsasən kvars və yaxud çöl şpatı və onların tünd rəngli minerallarından (amfibollar istisna olmaqla) ibarət olan aşağı pilləli metamorfizm məhsulu. Şistlər üçün xırda dənəlilik, şistlilik, relikt quruluş və tekstur səciyyəvidir. Bəzən metamorfizmin orta (və qismən yüksək) pilləsinin metamorfik süxurlarını (qneyslər, qranulitlər və b.) birləşdirən kristallik şistlər qrupu ayrılır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.