Kamerun — Vikipediya

Kamerun
fr. Cameroun
fr. République du Cameroun[1]
ing. Republic of Cameroon[2]
ful. Hautugo Kamerun
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Paix, Travail, Patrie (Sülh, İş, Vətən)
Himn: Chant de Ralliement  (Fransızca)
Ey Kamerun, atalarımızın beşiyi (İngilizcə)
Tarixi
 • Müstəqillik (Fransadan) 1 Yanvar 1960
 • Əyalətinin birləşməsi (Böyük Britaniyadan) 1 Oktyabr 1961
Rəsmi dilləri
Paytaxt Yaunde- 3 060 min ( 2015-ci il)
İdarəetmə forması Unitar
Prezident Pol Biya[ 6.XI.1982 ~]
Baş nazir Filemon Yang[30.VI.2009 ~]
Sahəsi Dünyada 54-cü
 • Ümumi 475442 km²
 • Su sahəsi (%) 1,3
Əhalisi
 • Əhali 23,8 milyon nəfər (54-cü)
 • Siyahıyaalma (1.XI.2005) 17 436 836 nəf.
 • Sıxlıq 50 nəf./km² (167-ci)
ÜDM (AQP)
 • Ümumi 72,6 milyard dollar (96-cı)
 • Adambaşına 3 100 dollar (188-ci)
İnternet domeni .cm
ISO kodu CM
BOK kodu CMR
Telefon kodu +237
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Kamerun
Kamerun xəritəsi

Kamerun (fr. Cameroun, ing. Cameroon), rəsmi olaraq Kamerun Respublikası (fr. République du Cameroun, ing. Republic of Cameroon) — Mərkəzi Afrikanın qərbində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Nigeriya, Çad, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Qabon, Ekvatorial Qvineya və 402 km-lik sahil xətti ilə Atlantik okeanı təşkil edir. Ölkənin paytaxtı Yaundedir.

Tarixi[redaktə | mənbəni redaktə et]

15-ci əsrin əvvəllərində bölgəyə gələn portuqaliyalı işğalçılar burada koloniyalar qurmağa başladılar. Region xalqını kölə ticarətində istifadə etməyə başladılar. 1864-cü ildə alman müstəmləkəsi olan Kamerun, Almanlar tərəfindən zorla sərt bir sistemə söykənən, koloniyanın infrastrukturunu inkişaf etdirmək üçün layihələrə başladılar. Birinci dünya müharibəsi zamanı Almaniya tərəfindən itirilən Kamerun, 1919-cu ildə İngiltərəFransa arasında bölüşdürüldü. Bununla birlikdə, Kamerun Millətlər Cəmiyyəti mandatı torpaqlarının bir üzvü oldu. Fransaya inteqrasiya ilə Fransadakı Kamerun iqtisadiyyatı və sərmayə investisiyaları, ixtisaslı işçi və davamlı məcburi əmək ilə infrastruktur inkişaf etdirilməyə başlandı. İlk müstəqillik hərəkatı 1961-ci ildə federal respublikanın elanı ilə başlandı. 1972-ci ildə Birləşmiş Kamerun quruldu və tam müstəqillik elan edildi.1984 cü ildə təkrar Kamerun respublikası oldu. Bakassi yarımadası qonşu Nigeriya dövləti arasında mübahisə predmetidir.

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Kamerunun bölgələri
Kamerun dağı

Kamerun sahib olduğu 475.442 km²-lik sahəsi ilə qitədə orta ölçülü ölkələrdən biridir. Ölkənin sahib olduğu ümumi 4.591 km-lik quru sərhədindən 797 km-i Mərkəzi Afrika Respublikası, 1.094 km-i Çad, 523 km-i Konqo Respublikası, 189 km-i Ekvatorial Qvineya, 298 km-i Qabon, 1.690 km-i Nigeriya ilə olduğu halda, ölkənin Atlantik Okeanına da 402 km-lik sahil xətti var. Ölkənin daxili hissələrində geniş yayılmış alçaq yaylalar ölkənin şimalına doğru irəlilədikcə Adamaua platosuMandara sıradağlarının təsiriylə yüksəlməkdədir. Bu yüksəkliklər ən uc şimalda Kamerunun da kiçik bir hissəsinə sahib olduğu Çad gölünün yerləşməsi səbəbi ilə alçalır. Ölkənin qərb və şimal-qərb hissələrində Kamerun xətti olaraq adlandırılan fay xəttinin də yerləşdiyi bölgə üzərində vulkanik sıradağlar yerləşir. Xüsusilə sahil hissəsində aktiv olan vulkanik dağların yerləşdiyi qərb Afrikanın ən yüksək dağı sayılan 4.095 m hündürlüyü ilə Kamerun Dağıda bu bölgədə yerləşir. Yüksəklikləri 3.011 m qədər çatan Oku vulkanik dağlıq sahələri içərisində isə Nyos gölüManoun gölü yerləşir. Ölkənin digər əhəmiyyətli yükseltileri arasında Bakossi, Manengouba və Kupe kimi müqəddəs olaraq da qəbul edilən dağlar yerləşdir. Bakossi və Manengouba dağları isə endemik bitki və heyvan növlərinin olduğu ancaq təbiətinin məhv olmaq qorxusu altında olan bölgələrdəndir. Ölkənin cənub hissəsində yerləş yaylalar da isə tropik yağış meşələri yerləşir ki, bu sahələr sahilə yaxınlaşdıqca yerini geniş düzənliklərə verir.

Əhali[redaktə | mənbəni redaktə et]

Kamerunda son olaraq 2005-ci ildə həyata keçirilən rəsmi sayma nəticələrinə görə 17,463,836 nəfər əhali olduğu müəyyən edilmişdir. 2005-ci ildən sonra bir daha rəsmi siyahiya alma aparılmayıb, 2014-cü ilin təxmini sayma nəticələrinə görə 23,130,708 nəfər əhali oluduğu müəyyən edilmişdir. Ölkə içərisindəki əhali sıxlığı 35,7 adam/km² səviyyəsindədir. Ölkə əhalisinin böyük bir hissəsi şimal və qərbdəki yaşıl çəmənliklərin hakim olduğu bölgələrdə, liman şəhəri Douala və sahil hissəsi ilə birlikdə paytaxt Yaoundedə yaşamaqdadır. Ölkənin orta və cənub-şərq hissələrində isə əhali sıxlığı aşağı səviyyədədir.

Kamerun gənc bir əhaliyə sahib olub, 2013-cü ilin təxmini məlumatlarına görə 62,5%-i 0–24 yaş aralığındadır. Ölkənin yalnız 3,5%-i 65 yaş və yuxarıdır.

0–14 yaş: 42,9% (kişi 5,001,984/qadın 4,927,122)
15 −24 Yaş:19.6% (kişi 2,286,244/qadın 2,257,231)
25 −54 Yaş:30.4% (kişi 3,529,203/qadın 3,491,125)
55 −64 Yaş:3.1% (kişi 445,181/qadın 468,388)
65 Yaş və üzəri:3.4% (kişi 337,490/qadın 386,740)

Şəhərdə yaşayanların nisbəti 2011-ci ilin məlumatlarına görə 52,1% olan ölkədə, əhalinin illik artım nisbəti 2014-cü ilin təxmini məlumatlarına görə 2,6% səviyyəsindədir.

Dil[redaktə | mənbəni redaktə et]

Rəsmi dil fransızingilis dilləridir.

Din[redaktə | mənbəni redaktə et]

Əhalinin əksəriyyəti Xristiandır. Onlardan 40%-i katolik, 30% isə protestant məzhəbindəndirlər. Müsəlmanlar əhalinin 18%-ni təşkil edir və əsasən şimalda, xristianlar isə qərb və cənub əyalətlərdə yaşayırlar. 6% heç bir dinə sitayiş etmir. Qalan 6% isə yerli sahəvi dindən olan insanlardır.

Dövlət quruluşu[redaktə | mənbəni redaktə et]

1960-cı illərdən etibarən məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1960) 01 yanvar tarixində qeyd olunur. Ölkə Konstitusiyası 1972-ci ildən (1975, 1991, 1995 və 2008-ci illərdə edilmiş düzəlişlərlə) qüvvədədir.

Dövlət başçısı[redaktə | mənbəni redaktə et]

Konstitusiyaya edilmiş 2008-ci il düzəlişinə əsasən Kamerun Respublikasının Prezidenti birbaşa seçkilərlə sadə səs çoxluğu sistemi üzrə, qeyri-məhdud sayda 7 il müddətinə seçilir. Dövlət başçısı statusuna malik olan və ölkədə çox geniş səlahiyyətlərə malik olan Prezident, eyni zamanda Silahlı Qüvvələrin ali baş komandanıdır. Kamerun Prezidenti, Baş nazir də daxil olmaqla bütün səviyyələrdə dövlətin vəzifəli şəxslərini, məhkəmə korpusunun bütün hakimlərini, əyalət qubernatorlarını təyin edir, ölkəni daxildə va xaricdə təmsil edir, habelə Kamerun Respublikasının adından apardığı ikitərəfli və çoxtərəfli danışıqlar müstəvisində beynəlxalq saziş və müqavilələri imzalayır. 6 noyabr 1982-ci ildə etibarən ölkə Prezidenti Paul Biyadır .

Qanunverici hakimiyyət[redaktə | mənbəni redaktə et]

Birpalatalı, 180 yerlik Milli Məclisdir. Parlamentə nümayəndələr proporsional nümayəndəlik sistemi üzrə 49 seçki dairəsindən 5 illik müddətə seçilirlər.Milli Məclis deputatların böyük səs çoxluğu ilə qanunları qabul edir, illik dövlət büdcəsini müzakirə və təsdiq edir, beynalxalq müqavilələri ratifikasiya edir, bəzi təyinatları va istisnasız olaraq ali qanunvericilik hakimiyyətinin digər funksiyalarını həyata keçirir.

İcraedici hakimiyyət[redaktə | mənbəni redaktə et]

Hökumətə (Nazirlər Kabineti) Prezidentin təyin etdiyi Baş nazir rəhbərlik edir. Ölkənin daxili və xarici siyasət kursunu müəyyənləşdirən Nazirlər Kabineti öz fəaliyyətini tam olaraq dövlət başçısının iradəsinə uyğun şəkildə həyata keçirir. Kamerun Xal Demokratik Hərakat Partiyasının təmsilçisi Filemon Yanq 30 iyun 2009-cu ildən etibarən Kamerunun 12-ci Baş naziridir. Məhkəmə hakimiyyəti: Ədliyyə Nazirliyinin tabeliyindədir. Üzvləri Kamerun Parlamenti tərəfindən seçilən 9 hakimdən ibarət Ali Məhkəmə yalnız Prezidentin razılığı ilə qanunların Konstitusiyaya uyğunluğunu araşdırıb müəyyən edə bilər. Ali Məhkəmə ilə yanaşı ölkədə digər ixtisaslaşmış və yerli məhkəmələr də fəaliyyət göstərir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ə.Həsənov, A.Vəliyev. Dünya ölkələrinin müasir siyasi sistemləri, Bakı, 2013.
  1. http://cnig.gouv.fr/wp-content/uploads/2020/02/CNT-PVM_r%C3%A9vis%C3%A9_2020-01-27-1.pdf.
  2. Official Names of the United Nations Membership (ing.). UN, 2016. 5 p.
  3. 3,0 3,1 1.3 // Constitution of Cameroon (fr.).
  4. https://web.archive.org/web/20181225111225/http://chartsbin.com/view/edr.