Küveyt — Vikipediya
Küveyt Dövləti ərəb. دولة الكويت | |
---|---|
![]() | |
Paytaxtı və ən böyük şəhəri | Küveyt-2 million sakin (2008-ci il) |
Rəsmi dilləri | ərəb dili, ingilis dili |
Etnik qrupları | Küveyt ərəblər-31%, digər ərəblər-28%, iranlılar, pakistanlılar, hindistanlılar. |
Dini | İslam |
İdarəetmə forması | Monarxiya |
• əmir | Sabah əl-Əhməd əl-Cabir əs-Sabah [29.I.2006 ~] |
• baş nazir | Cabir əl-Mübarək əl-Həməd əs-Sabah |
Qurulması | |
Tarixi | |
• B.Britaniyadan müstəqillik | 19 iyun 1961 |
• Yaranması | 26 fevral 1991 |
Ərazisi | |
• Ümumi | 17818 (158-ci yer) |
Əhalisi | |
• 2014 təxmini | 3 020 min (140-cı yer) |
• 20.IV.2005 siyahıya alma | 2 193 651 |
• Sıxlıq | 169/km2 (437.7/kv. mil) |
ÜDM (AQP) | 2013 təxmini |
• Ümumi | 165,8 milliard (61-ci) |
• Adam başına | 43 000 (23-cü) |
Valyutası | Küveyt dinarı (KD) |
Saat qurşağı | UTC +3 |
Yolun hərəkət istiqaməti | sağ |
Telefon kodu | +965 |
ISO 3166 kodu | KW |
İnternet domeni | .kw |
Küveyt (ərəb. كويت) və ya rəsmi adı ilə Küveyt Dövləti (ərəb. دولة الكويت) — Yaxın Şərqdə dövlət. Küveyt ərəb əsilli dövlətdir. Şimal və qərbdə İraq, cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Şərqdə Fars körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əl-Küveyt şəhəri, ümumi sahəsi 17,820 kvadrat kilometrdir. Küveyt digər ərəb ölkələri kimi zəngin neft ehtiyatlarına malik ölkədir.
Ərazisi[redaktə | mənbəni redaktə et]
Küveyt dövləti Cənub-Qərbi Asiyada Fars körfəzinin sahilində yerləşir. Sahəsi:17,819 km²-dir. Ərazisinin çox hissəsi yaylalardır. Ərazisi qərbdən şərqə doğru alçaqlaşır və Fars körfəzi sahilində düzənliyə çevrilir. Küveytdə su ehtiyatları olduqca azdır və dəniz suyunun saflaşdırılması üçün müəssisə tikilib. Ərazisində çox böyük neft-qaz yataqları mövcuddur. Məhz neftin sayəsində iqtisadiyyatı sürətlə inkişaf edərək İEÖ (İnkişaf Etmiş Ölkələr)lə bir səviyəyə çatmışdır. Adambaşına düşən gəlir yüksəkdir (21300 ABŞ dolları).
Əhalisi[redaktə | mənbəni redaktə et]
Əhalisi 2,3 mln (2005-ci il) nəfərdir. Əhalisinin 45% bu ərazidə məskunlaşan etnik ərəblər (küveytlilər), 35% bu əraziya sonradan mühacirət etmiş ərəblər, qalan 20%-ni isə iqtisadiyyatın sürətli inkişafı səbəbiylə artan işçi qüvvəsinə olan tələbatı ödəmək üçün xaricdən gələnlər təşkil edir.
Tarixi[redaktə | mənbəni redaktə et]
8-ci əsrdən Ərəb Xilafəti tərkibinə daxil olmuşdur. 1899–1961-ci illər ölkə İngiltərənin siyasi təsir dairəsinə düşür. Ölkənin əsas problemləri İraq Respublikası ilə olmuşdur. 1922-ci il İraqla sərhədlər haqqında müqavilə imzalanır. 1961-ci il Küveyt İngiltərənin siyasi təsiridən çıxır. Küveyt 1990-ci ildə Səddam Hüseynin rəhbərlik etdiyi İraq tərəfindən işğal olunur. 1991-ci ildə isə Fars körfəzi müharibəsinin gedişində Koalisiya qoşunları (NATO ordusu və Fars köfəzi sahili dövlərlərin ordusu) tərəfindən İraq orduları məğlub edilir və Küveyt azad olunur.
Dini vəziyyət[redaktə | mənbəni redaktə et]
Küveytin də əksər əhalisi müsəlmanlardır. 92 % əhali islama ibadət edir. Müsəlmanlar arasında sünniliyin maliki məzhəbi geniş yayılıb. Eyni zamanda sünnü-hənəfi və sünni-sələfilər də vardır. 15–20 faiz əhali şiə məzhəblidir (şəhər əhalisinin bir hissəsi və ölkənin Şimal rayonlarının əhalisi, farslar, bəzi induslar və pakistalılar, İraqdan və digər ölkələrdən gələn ərəblər). Şiələr arasında ismaililər üstünlük təşkil edir. Küveytdə az sayda induslar (böyük əksəriyyəti hindlilərdir) da yaşayır. Ölkə əhalisinin 6 faizi xristianlardır. Bunlar anqlikan və reformatolar (4 min nəfər), katoliklər (18 min nəfər), pravoslav, yakobit, koptlar (bu üç qrupun ümumi sayı 4 min nəfər), erməni-qriqoryalar (6 min nəfər) və s. Xristianlığa (pravoslav, monofizitlik, anqlikalıq, reformatorluq formasında) az sayda ərəblər və əcnəbilər. İnduslar, ingilislər, amerikanlar və digərləri ibadət edir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
Mənbə[redaktə | mənbəni redaktə et]
İstifadə olunan faktlar:Dünya ölkələri(müəllif:Əminə Yusifqızı) 2008-ci il