Banqladeş — Vikipediya
Banqladeş Xalq Respublikası গণপ্রজাতন্ত্রী বাংলাদেশ Banqladeş | |
---|---|
![]() | |
Paytaxtı | Dəkkə |
Ən böyük şəhəri | Dəkkə, Çittaqonq |
Rəsmi dilləri | Benqal |
Etnik qrupları | Benqallar |
Dini | İslam (sünni təriqəti) |
İdarəetmə forması | Parlamentli respublika |
• Prezident | Əbdül Həmid |
• Baş Nazir | Şeyh Hasina Vecid |
Tarixi | |
• Yaranması | 26 mart 1971 |
Ərazisi | |
• Ümumi | 144000 (92-ci) |
• Su (%) | 7 |
Əhalisi | |
• 2009 təxmini | 162 221 000 (7-ci) |
• Sıxlıq | 10,993/km2 (28,471.7/kv. mil) |
Valyutası | Banqladeş takası (BTD) |
Yolun hərəkət istiqaməti | sol |
Telefon kodu | 880 |
ISO 3166 kodu | BD |
İnternet domeni | .bd .বাংলা |
Banqladeş (benq. বাংলাদেশ ) və ya rəsmi adı ilə Banqladeş Xalq Respublikası (benq. গণপ্রজাতন্ত্রী বাংলাদেশ) — Cənubi Asiyada dövlət. Banqladeş keçmiş Şərqi Pakistanın ərazisində yaradılmışdır. 26 mart 1971-ci ildən müstəqil dövlətdir və rəsmi olaraq 16 dekabr 1971-ci ildən dövlət kimi təşkil olunmuşdur. Şimal, qərb və şərqdə Hindistan, cənub-şərqdə Myanma ilə həmsərhəddir və cənubda isə Benqal körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Dəkkə şəhəri, ümumi sahəsi 147,570 kvadrat kilometrdir.
Adın etimologiyası[redaktə | mənbəni redaktə et]
Benqalların dillərində — "Benqaliya ölkəsi" deməkdir.
Tarixi[redaktə | mənbəni redaktə et]
Banqladeş 1971-ci ilə kimi Pakistanın "Şərqi Pakistan" adlı əyaləti idi. Daha əvvəllər isə ingilislərin Benqal əyaləti olmuşdur.
12-ci əsrdən 1757-ci ilə kimi Müsəlmanların idarəsində olmuşdur. 1757–1905-ə kimi isə ingilislərin hakimiyyəti altına düşmüşdür. 1947-ci ildə Pakistanın "Şərqi Pakistan" əyaləti oldu. Bu 1969-cu ilə kimi davam etdi. Daha sonra 1971-ci ildə Hindistan - Pakistan müharibəsi başlayır. 1971-ci il dekabrda müharibə başa çatdıqdan sonra Hindistan artıq Şərqi Pakistanın böyük bir hissəsini işğal etmişdi. 1971-ci il 22 dekabrda Mucibur Rəhmanın başçılığı ilə Banqladeş Müsəlman Xalq Cumhuriyyəti yaradılır və Hindistan buranı tərk edir. 15 avqust 1975-ci ildə Mucibur Rəhman ailəsi ilə birlikdə öldürüldü. İdarəni Qəndəhar Mustak Əhməd ələ keçirdi.
Coğrafiya[redaktə | mənbəni redaktə et]
Banqladeşin sahəsi 147,570 km²-dir[1] .
Hökumət[redaktə | mənbəni redaktə et]
Dövlət quruluşu[redaktə | mənbəni redaktə et]
Banqladeşin dövlət quruluşu parlamentli respublikadir.
İnzibati ərazilər[redaktə | mənbəni redaktə et]
64 dairəni (zilanı) özündə birləşdirən, paytaxt Dəkkə şəhərinin də daxil olduğu 8 inzibati rayona (Dəkkə, Çittaqonq, Kxulna, Narayanqanc, Racşaxi, Silxet, Barisal, Ranqpur və Mymensinqh )[2][3] bölünür.
Silahlı qüvvələr[redaktə | mənbəni redaktə et]
İllik hərbi xərcləri — US$4.06 billion (2020)
İqtisadiyyat[redaktə | mənbəni redaktə et]
Banqladeş, dünyanın ən kasıb, ən çoxmillətli və ən az inkişaf etmiş ölkələrindən biridir. İqtisadiyyatının əsasını kənd təsərrüfatının yeganə önəmli sahəsi olan düyü istehsalı tutur. Pul vahidi "TAKA" dır.
Demoqrafiya[redaktə | mənbəni redaktə et]
98 faiz benqal, 250.000 bihari, 1.000.000 nəfərə yaxın yerli icmalar.
Dil[redaktə | mənbəni redaktə et]
Banqla, İngilis.
Din[redaktə | mənbəni redaktə et]
Banqladeş Xalq Respublikasında əhalinin əksəriyyətini (85 faizini) müsəlmanlar təşkil edir. Əsasən sünniliyin hənəfi məzhəbi tərəfdarlarıdır. Az sayda şiələr, o cümlədən ismaililər vardır. Ölkədə çoxlu hinduist yaşayır (13,5 %). Bununla yanaşı buddistlər (439 min nəfər) və xristianlar (150 min nəfər), protestant və katoliklər (150 min nəfər) vardır. Buddistlərə tibet-birma xalqları, xristianlara qaro qəbiləsi aiddir. Ölkənin bir sıra rayonlarında qəbilə dinləri qorunub saxlanır.
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "The official website of Bangladesh Bureau of Statistics". 2019-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-29.
- ↑ "Rangpur becomes a division | | bdnews24.com". 2011-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-17.
- ↑ "CIA World Factbook 2007". 2017-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-17.