Moro Milli Qurtuluş Cəbhəsi — Vikipediya

Moro Milli Qurtuluş Cəbhəsinin bayrağı
Moro Milli Qurtuluş Cəbhəsinin gerbi

Moro Milli Qurtuluş Cəbhəsi (Moro National Liberation Front , MNLF) , Filippinin cənubunda fəaliyyət göstərən və müstəqilliyi məqsəd qoyan Müsəlman təşkilatı. Müsəlman Mindanao Muxtar Bölgəsini idarə etməkdə olan MNLF , müşahidəçi statusunda Moro xalqının təmsilçisi kimi İslam Əməkdaşlıq Təşkilatına üzvdür.

Ferdinand Marcos rəhbərliyinə qarşı silahlı mübarizə üçün 1960-cı illərin sonlarında qurulan təşkilat, Müsəlmanların əksəriyyətdə olduğu Mindanao adası ərazisində 1972-ci ildə partizan hərəkatına başladılar. Marcosun hərbi vəziyyət elan etməsi ilə mübarizə daha da artdı. Filippin silahlı qüvvələrinin yarısının hərəkətə keçirilməsindən sonra hadisələr əsnasında təxminən 50 min adam öldürüldü, 20 mindən çox müsəlman Şərq Malayziyadakı Sabah ştatina qaçdı.Təşkilatın silahlı qanadını meydana gətirən Banysa Moro Ordusu Filippin qüvvətlərinə böyük itkilər verdirdi. 1976-cı ilin sonlarındakı atəşkəsdən sonra Marcosun təklif etdiyi regional muxtariyyət proqramı üçün həyata keçirilən danışıqların nəticə verməməsi görə, təşkilatın başçısı Nur Misuari 1977-ci ildə tam müstəqillik hədəfi istiqamətində mübarizəni davam etdirmə qərarını açıqladı. Bu dövrdə əvvəl Liviyadan, daha sonra da İrandan diplomatik və hərbi dəstək alan MNLF seçkiləri boykot etdi və hərbi vəziyyətin ləğv edildiyi 1981-ci ildən sonra da mübarizəsini davam etdirdi.Amma regional ayrılıqların da təsiri ilə meydana gələn bölünmələr nəticəsində təşkilatın təsiri zəiflədi. Bölünmələrdən sonra 1981-ci ildə MNLF-dən ayrılan daha radikal bir qrup Moro İslami Qurtuluş Cəbhəsini qurdu.

İƏT, Libya və İndoneziya 1992-ci ildə yenidən sülh danışıqlarına vasitəçilik etdilər. 1992-1996-cı illərdə sülh danışıları davam etdi.Uzun illər davam edən qarşıdurmadan sonra 1996-cı ildə Filippin hökuməti ilə MNLF arasında gəlinən nəcitə ilə Mindanao adasındakı Müsəlmanların çoxluq təşkil etdiyi yerlərdə Müsəlman Mindanao Muxtar Bölgəsinin qurulmasına qərar verildi.