Mərakeş — Vikipediya
Mərakeş | |||||
---|---|---|---|---|---|
ərəb. المملكة المغربية bər. ⵜⴰⴳⵍⴷⵉⵜ ⵏ ⵍⵎⴰⵖⵔⵉⴱ fr. Royaume du Maroc | |||||
| |||||
«Allah, Vətən və Kral» | |||||
Himn: Mərakeş himni (azərb. "Çerifian himni") | |||||
![]() | |||||
Tarixi | |||||
• İdrisilər sülaləsi | 788 | ||||
• Alauitlər | 1668 | ||||
Rəsmi dilləri | ərəb dili[2] | ||||
Paytaxt | Rabat | ||||
İdarəetmə forması | Unitar parlamentli yarı-konsttitutsiyalı monarxiya | ||||
Kral | VI Məhəmməd | ||||
Baş nazir | Aziz Akhannouch | ||||
Sahəsi | Dünyada 39-cu | ||||
• Ümumi | 446,300 km2 və ya 710,850 km2 km² | ||||
• Su sahəsi (%) | 0.056 | ||||
Əhalisi | |||||
• Əhali | 37,984,655[1] nəfər (39-cu) | ||||
• Siyahıyaalma (2014) | 33,848,242 nəf. | ||||
• Sıxlıq | 50.0 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $359.671 milyard dollar (55-ci) | ||||
• Adambaşına | ▲ $9,808 dollar (122-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2022) | ▲ $142.874 milyard dollar (60-cı) | ||||
• Adambaşına | ▲ $3,896 dollar (123-cü) | ||||
İİİ (2021) | 0.683 (artım; 123-cü) | ||||
Demonim | Mərakeşli | ||||
İnternet domeni | .ma | ||||
ISO kodu | MA | ||||
BOK kodu | MAR | ||||
Telefon kodu | +212 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
![]() |
Mərakeş (ərəb. المغرب, əl-Məğrib, tərcümədə "Qərb" deməkdir, və ya Məğrib əl-Əksa, "Uzaq qərb"), tam rəsmi adı Mərakeş Krallığı (ərəb. المملكة المغربية, Əl-Məmləkə Əl-Məğribiyə) — Afrika materikinin şimal-qərb hissəsində ərəb dövləti. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir.
Tarixi[redaktə | mənbəni redaktə et]
Ərəb müsəlmanlar Məğribə 638-ci ildə Aqba ibn Nafinin başçılığı altında gəlmişlər. Ölkə ərəb İdrisilər tərəfindən idarə olunmağa başlamışdır ki, bu dövrdə Məğrib elm mərkəzinə çevrilmişdir. Ardıcıl olaraq bir neçə Bərbər sülalələri (Mürabitlər, Müvəhhidlər, Vəttasilər, Mərinilər, Sədilər) və Ələvilər tərəfindən idarə olunmuşdur. 1901-ci ildə Fransa tərəfindən işğal olunmuş, 1956-cı ildə müstəqillik qazanmışdır. 1976-cı ildə Qərbi Saharanı İspaniyadan geri qaytarmışdır.
XI əsrdən başlayaraq bir sıra bərbər sülalələri müasir Mərakeşin ərazisində hakimiyyətdə olub.[4][5][6] Əlmoravilər sülaləsi Sanhacı tayfasından, Əlmohadlar sülaləsi isə Masmuda tayfasından idi.[7]
Əlmoravilər[redaktə | mənbəni redaktə et]
Əlmoravilər dini hərəkət olaraq başlayıb, Qərbi Səhranın tayfaları birləşdiriblər.[8] 1053-cü ildə onlar Sanhacı bərbərlərini birləşdirərək, Şimali Afrikada torpaq zəbt etməyə başlayıblar. 1076-cı ildə Əbu Bəkr Qana İmperiyasına qarşı vuruşaraq, Seneqal çayının cənubi sahilini zəbt edib. 1087-ci ildə o, elə bu ərazidə həlak olub və keçmiş Qana İmperiyasının ərazisi Əlmoravilərin nəzarətindən çıxıb.
İbn Taşfinin dövründə Mərakeş və Qərbi Səhranın böyük hissəsi Əlmoravilərin nəzarəti altında idi. Mərakeş şəhərin əsası qoyulub. 1090-cu ildə İbn Taşfin Əndəlüsə yürüşü başlayıb. O, 1106-də həlak olub və bundan sonra xristian krallıqlar addım-addım Əndəlüsün ərazilərini zəbt etməyə başlayıb. 1147-ci ildə Əlmohadlar paytaxt Mərakeş şəhərini zəbt edərək, Əmoravilər sülaləsinin hökumuna son qoyublar.[9]
Əlmohadlar[redaktə | mənbəni redaktə et]
Əlmohadlar da həmçinin dini hərəkət olaraq başlayıb. Məhəmməd bin Əbdullah bin Tumərt Yaxın Şərdən Şimali Afrikaya qayıdandan sonra, onun Məhdi olduğunu elan olunub. Onun sələfi Əbd əl Mömin tyfaları birləşdirib, 1147-ci ildə Mərakeş şəhərini zəbt edib. Beləliklə, Əlmohdalar Tripolidən Atlantik okeana qədər Aralıq dənizinin sahilini idarə edirdilər.[10]
Coğrafiyası[redaktə | mənbəni redaktə et]
Məğrib Krallığı geniş çay sisteminə malikdir. Atlantik okeanına tökülən əsas çaylar Umm ər-rabi, Sibu, Tansift, Dera çaylarıdır.Ölkə Şimaldan İspaniya (Gibraltar(Cəbəli-Tariq) boğazı ilə) Cənub-Qərbdən Əlcəzair, Cənubdan Qərbi Saxara və Şərqdən Atlantik okean ilə həmsərhəddir.Mərakeşdə həmçinin İspaniyanın iki şəhərciyi (Melila və Seuta) yerləşir.Bu şəhərlər Okeana yaxın olduğu üçün hər il minlərlə turist istirahət üçün İspaniya və Mərakeşdən bura gəlir.
İqlimi ölkənin şərq və cənubunda isti və quru, Aralıq dənizi və Atlantik okeanı sahilləri isə mülayim və yağışlıdır.
İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]
Yağışın çox olması kənd təsərrüfatına şərait yaradır. Burada arpa və buğda becərilməsi ilə ixtisaslaşan kiçik, ənənəvi təsərrüfatla yanaşı, sitrus meyvələri və qış tərəvəzləri ixracı üçün böyük miqyaslı təsərrüfat da var. Əsas məhsulları buğda, qarğıdalı, düyü, şəkər qamışı, çuğundur, üzüm, xurma, sitrus meyvələri, pambıq və zeytundur. Heyvandarlıq əsasən qoyun və keçi heyvandarlığıdır. Balıq sənayesi də iqtisadiyyatın əsas sahələrindəndir.
Məğrib dünyada ən böyük fosfat turşusu ixracatçısıdır. Digər təbii sərvətləri kömür, qurğuşun, dəmir filizi, gümüş və misdir.
Əsas ixrac malları fosfat turşusu, sitrus meyvələri, balıq (sardinya) yağları və xurmadır.
Sənayenin əsasını dağ-mədən sənayesi, gübrə, toxuculuq, xalçaçılıq, neft emalı, sement, qənd və meyvə şirəsi istehsalı təşkil edir.
Əhalisi[redaktə | mənbəni redaktə et]
Əhalinin ümumi sayı - 33,8 mlyn. Misir və Sudan dövlətlərindən sonra üçüncü böyük ərəb dövlətidir. Əhalinin 60%-i ərəblər, 40%i isə bərbərlərdir. Mərakeşdə 7 min yəhudi yaşayır.

İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Site institutionnel du Haut-Commissariat au Plan du Royaume du Maroc Arxivləşdirilib 2011-09-29 at the Wayback Machine. Hcp.ma. Retrieved on 2011-07-23.
- ↑ 5 // Constitution of Morocco.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ Ramirez-Faria, Carlos. Concise Encyclopaedia of World History. 2007. ISBN 978-81-269-0775-5. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-11.
- ↑ Almoravides // Universalis Encyclopedia. 2011-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-11.
- ↑ Marīnid dynasty // Encyclopædia Britannica. 2015-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-11.
- ↑ The Maghrib under the Almoravids and the Almohads // Encyclopædia Britannica. 14 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2011.
- ↑ "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-13.
- ↑ https://books.google.lt/books?id=Z2N5DwAAQBAJ&pg=PA40&dq=Abdallah+ibn+Yasin&hl=en&sa=X&ved=2ahUKEwir0Kv75sT8AhWSposKHeHWAMsQ6AF6BAgFEAI#v=onepage&q=Abdallah%20ibn%20Yasin&f=false Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine pp. 40-41
- ↑ Allen J. Fromherz. The Almohads: The Rise of an Islamic Empire. .B.Tauris & Co Ltd. 2010. səh. 2-3. ISBN 978 1 84511 651 4.