Bruney — Vikipediya
Bruney Darussalam Dövləti Negara Brunei Darussalam Bruney | |
---|---|
![]() | |
Paytaxtı və ən böyük şəhəri | Bandar Səri Bəgavan |
Rəsmi dilləri | Malay |
İdarəetmə forması | miraslı tamamilə teokratik monarxiya |
• Sultan | Hassanal Bolkiah [4.X.1967~ ] |
• Vəliəht Şahzadə | Al-Muhtadee Billah |
Qurulması | |
Tarixi | |
• Müstəqillik elan olunub | 1 yanvar 1984 |
• Yaranması | 1984 |
Ərazisi | |
• Ümumi | 5765 (172-ci yer) |
• Su (%) | 8,6 |
Əhalisi | |
• İyul 2015 təxmini təxmini | 417 200 (175-cı) |
• 1.IV.2011 siyahıya alma | 393 372 nəfər |
• Sıxlıq | 72.11/km2 (186.8/kv. mil) (134) |
ÜDM (AQP) | 2016 təxmini təxmini |
• Ümumi | 33,376 milyard (116) |
• Adam başına | 80,000 (5) |
ÜDM (nominal) | 2015 təxmini təxmini |
• Ümumi | 13,002 milyard (111) |
• Adam başına | 30,933 (25) |
İİİ (2014) | 0.856 çox yüksək · 31 |
Valyutası | Bruney dolları (BND) |
Saat qurşağı | Brunei Darussalam Time |
Yolun hərəkət istiqaməti | sol |
Telefon kodu | 673 |
ISO 3166 kodu | BN |
İnternet domeni | .bn |

Bruney ya da rəsmi adıyla Bruney Sülh Dövləti (malayca Negara Brunei Darussalam) - Asiyada dövlət. Cənub-şərqi Asiya da, Cənubi Çin Dənizi sahillərində yerləşən və yalnız Malayziya ilə quru sərhəddinə malikdir. Ərazisi 5.8 min км². Əhalisi 401 min nəfər (2011). Paytaxtı Bandar Səri Bəgavan. İslami monarxiya ilə idarə olunur. Rəsmi dili malaycadır. Millətlər Birliyi`nə daxildir. Ölkənin gəlir qaynaqlarının əsasını təbii qaz və neft təşkil edir. Qətərdən sonra dünyanın ən varlı ikinci ölkəsi sayılır. Dünyanın ən varlı insanları arasında adı çəkilən Bruney Sultanı Hassanal Bolkiahdır.
Coğrafiya[redaktə | mənbəni redaktə et]
Bruney Kalimantan adasında yerləşir.Ekvatorial iqlimi olan Bruneyda yağıntıların illik miqdarı 2000-2700 mm-dən çoxdur,il ərzində temperatur az tərəddüd edir,24°-31°C arasında dəyişir.
Əhalisi[redaktə | mənbəni redaktə et]
Əhali - 426 444 (iyul 2015 təxmini ) İllik artım - 1,73% Orta ömür həddi - kişilərdə 74 yaş, qadınlarda 78 yaş.
Etnik qruplar: Malaylar (66%), qohum etnik qruplar - kelayanlar, ibanlar, melanau, dusunlar, murutlar, dayaklar və s. - 8%,həmçinin çinlər (11%), avropalılar, hindlilər və b.
Rəsmi dil - Malay, danışıq dili kimi İngilis və Çin dilləri.
Təhsil almış əhali - 95% kişi, 90% qadınlar (2001 siyahıyaalma).
Şəhər əhalisi - 75%. Əhalinin sıxlığı - 62 nəfər/km². Bruney əhalisi qeyri-bərabər məskunlaşıb: əhalinin 1/3 paytaxtda yaşayır, qalan əhalinin böyük əksəriyyəti neft yataqlarının yerləşdiyi ərazidə cəmləşib.
Din[redaktə | mənbəni redaktə et]
Rəsmi din - İslamdir - əhalinin 67%, 13% - Buddist, 10% - xristianlar (əsasən protestant və katolik), 10% - digər (əsasən yerli inanclar).
1980-ci illərdən sonra ölkədə Melayu İslam Beraja ("Malay İslam monarxiya") konsepsiyası fəaliyyət göstərirdi ki, bununla bütün dinlərə hörmət və bərabər hüquqlar təmin edilirdi, lakin İslam əsas din sayılırdı. 2013-cü ildə Bruney Sultanı Hassanal Bolkiah qəbul etdiyi Şəriət cinayət ədliyyə sistemi ilə əaqədar olaraq
Silahlı qüvvələri[redaktə | mənbəni redaktə et]
Bruney kraliyyət silahlı qüvvələri ibarətdir:
Quru qoşunları - üç piyada batalyonu və bir ehtiyat batalyonu.
Hərbi hava qüvvələri - üç vertolyot eskadra, 1 eskadra(dəstə) nəqliyyat təyyarəsi, Hava Hücumundan müdafiə bölüyü, texniki və köməkçi bölüklər.
Hərbi dəniz qüvvələri - 3 raket qayığı, 3 patrul kateri, 2 amfibiya, 2 desant kateri, 17 kiçik çay qayığı.
Bundan başqa, Britaniya ordusunun veteranlarından ibarət ehtiyat qurklar bölüyü var. Sultanı və neft obyektlərini qorumaq vəzifəsini yerinə yetirirlər. Onlar Bruney Daxili İşlər Nazirliyinin tabeliyindədirlər.