Azərbaycan ədəbiyyatşünaslığı (jurnal) — Vikipediya

Azərbaycan ədəbiyyatşünaslığı
Azərbaycan ədəbiyyatşünaslığı
Azərbaycan ədəbiyyatşünaslığı
Baş redaktor akademik İsa Həbibbəyli
Təsisçi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Təsis tarixi 1946
Ölkə Azərbaycan
ISSN 2663-4406 (Print); ISSN 2709-2699 (Online) ISSN 2663-4406 (Print); ISSN 2709-2699 (Online)
journal.literature.az


Azərbaycan ədəbiyyatşünaslığıAzərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı.

Jurnalın nəşri[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı 1946-cı ildən 2019-cu ilə qədər "Ədəbiyyat məcmuəsi" adı ilə nəşr olunub. Jurnal yeni ad ilə 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. "Azərbaycan ədəbiyyatşünaslığı" jurnalı ildə iki dəfə dərc olunur[1].

Haqqında[redaktə | mənbəni redaktə et]

"Azərbaycan ədəbiyyatşünaslığı" Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri jurnaldır. Jurnalda məqalələr Azərbaycan, türk, ingilisrus dillərində dərc edilir. Jurnalda konfrans və simpozium materialları da dərc edilir, həmçinin jurnalın Nizami Gəncəviyə, Xaqani ŞirvaniyəNizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarına həsr etmiş olduğu xüsusi buraxılışları çap olunmuşdur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.

Jurnalın bölmələri[redaktə | mənbəni redaktə et]

"Azərbaycan ədəbiyyatşünaslığının"nın bölmələri, rubrikaları ədəbiyyatşünaslıq elminin təsnifatı haqqında elmi təsəvvürlərin formalaşdırılmasında mühüm rol oynayır [2]. Jurnal aşağıdakı rubrikalardan ibarətdir:

Jurnalın redaktorları[redaktə | mənbəni redaktə et]

Jurnalın nəşr edilib oxucularına çatdırılmasında baş redaktorların xüsusi xidmətləri olmuşdur. Azərbaycan ədəbiyyatşünaslığı jurnalına müxtəlif illərdə aşağıdakı elm xadimləri redaktorluq etmişlər:

  1. Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə
  2. Mirzağa Yüzbaşı oğlu Quluzadə
  3. Kamal Abdulla Şaiq oğlu Talıbzadə
  4. Yaşar Vahid oğlu Qarayev
  5. Bəkir Əhməd oğlu Nəbiyev
  6. Rəsul Əliabbas oğlu Rüstəmov
  7. Teymur Həşim oğlu Kərimli
  8. İsa Əkbər oğlu Həbibbəyli

Redaksiya qrupu[redaktə | mənbəni redaktə et]

Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Fransa, Gürcüstan,Polşa, Hindistan və digər ölkələrin alimləri daxildir.

Baş redaktor[redaktə | mənbəni redaktə et]

  • İsa Həbibbəyli – AMEA-nın həqiqi üzvü

Məsul katib[redaktə | mənbəni redaktə et]

  • Aygün Bağırlı - filologiya üzrə fəlsəfə doktoru, dosent

Redaksiya heyəti[redaktə | mənbəni redaktə et]

Məsul redaktor[redaktə | mənbəni redaktə et]

  • Töhfə Talıbova - filologiya üzrə fəlsəfə doktoru

Beynəlxalq redaksiya heyəti[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan ədəbiyyatşünaslığı. Bakı: “Elm və Təhsil nəşriyyatı–1” MMC. 2022/№ 1. səh. 158.
  2. Ədəbiyyat məcmuəsi – 70. Ədəbiyyat İnstitutunun elmi əsərləri (1946-2016): Biblioqrafik göstərici. Bakı. 2016. səh. 165.