Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı — Vikipediya

Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı
Təsis tarixi noyabr 1920
Nəşrini dayandırıb oktyabr 1928
Qərargah
Dil Azərbaycan dili, rus dili, erməni dili

Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı (Азәрбајҹан Коммунист (болшевик) Фиргәси Мәркәзи Комитәсинин әхбары) — Azərbaycan SSR-də Azərbaycan Kommunist Partiyasının rəsmi partiya jurnalı, partiyanın mərkəzi komitəsinin mətbuat orqanı.

Tarixi[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı" 1920-ci ilin noyabrında Bakıda Azərbaycan, ruserməni dillərində çıxmışdır. 1921-ci ilin oktyabrında isə yalnız Azərbaycan və rus dillərində nəşr edilmişdir. 1922-ci ilin fevralında "Azərbaycan Kommunist (bolşevik) Firqəsinin Mərkəzi və Bakı Komitələrinin əxbarı" adı ilə çıxmışdır. 1923-cü ilin dekabrından 1925-ci ilin oktyabrınadək "Kommunist yolu" adı ilə nəşr edilmişdir. 1928-ci ilin mayında yenidən ilkin adı ilə buraxılmış, oktyabrda nəşri dayandırılmışdır. Jurnalda rəsmi partiya sənədləri, Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin hesabatları, Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin qərarları dərc edilmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Азәрбајҹан Коммунист (болшевик) Фиргәси Мәркәзи Комитәсинин әхбары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 145.