Zənbur (jurnal, 1919) — Vikipediya

Zənbur
az-əbcəd. زنبور
"Zənbur" jurnalının 6 iyun 1919-cu il tarixli 9-cu nömrəsi
"Zənbur" jurnalının 6 iyun 1919-cu il tarixli 9-cu nömrəsi
Baş redaktor Səməd Mənsur
Əməkdaşlar Əli Nəzmi
Əliabbas Müznib
Səməd Mənsur
Hacı Qasım Səyyah
Bayraməli Hammal
Növ həftəlik satirik jurnal
Təsisçi Türk Nəşriyyat Cəmiyyəti
Təsis tarixi 9 aprel 1919
Nəşrini dayandırıb 8 noyabr 1919
Qərargah Bakı
Dil Azərbaycan dili
Səhifə 8
Qiymət 3.50 manat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Zənbur" jurnalı (az-əbcəd. زنبور‎) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-cu ildə Bakıda nəşr olunan həftəlik ədəbi, ictimai, illüstrasiyalı satirik jurnal.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

"Zənbur"un ilk sayı 1919-cu il aprelin 9-da, sonuncu 24-cü sayı isə noyabrın 8-də işıq üzü görüb.[2] 1919-cu ilin aprel-noyabr aylarında çap olunan "Zənbur"un təsisçisi "Türk Nəşriyyat Cəmiyyəti" idi.[1] Jurnalın fəal əməkdaşları arasında Əli Nəzmi, Əliabbas Müznib, Səməd Mənsur, Hacı Qasım Səyyah, Bayraməli Hammal və b. idi.

"Zənbur" da "Şeypur" kimi maliyyə çətinliyi səbəbindən bağlanıb.[2]

Fəaliyyət[redaktə | mənbəni redaktə et]

"Zənbur"un ideya-siyasi istiqaməti ilə "Molla Nəsrəddin"ə sadiq qalaraq köhnəliyə, meşanlığa qarşı səylə mübarizə aparıb. O, müxtəlif janrlardan, satirik felyeton, satirik şeir, bilməli xəbərlər və karikaturalardan istifadə edib. İdeya etibarilə milli, demokratik məzmuna malik olan bu karikaturalar həcm etibarilə jurnalın səhifələrində əsas yeri tuturdu. Böyük ideya-siyasi və ictimai əhəmiyyətə malik olan rəsmlərin çoxu dövrün tanınmış fırça ustası Əzim Əzimzadə məxsusdur. Jurnaldan "N.N." və Sofizadə imzası ilə çap olunan rəssamlar da olub.[3] Jurnalda Rusiyanın (LeninKerenskinin timsalında) Azərbaycanı işğal etmək niyyətləri, erməni-daşnak silahlı dəstələrinin ZəngəzurdaBakıda törətdikləri soyqırımları və sair məsələlər şeir və publisist yazılarda tənqid edilirdi.[1]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Qərənfil Dünyaminqızı. Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918–1920-ci illər). Bakı: Elm, 2011

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Kitabxana üzrə: Zənbur — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
  2. 1 2 Quliyeva, Qərənfil. Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918–1920-ci illər) (PDF). Bakı: Elm. 2011. səh. 99. 2023-07-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  3. Quliyeva, Qərənfil. Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918–1920-ci illər) (PDF). Bakı: Elm (nəşriyyat). 2011. səh. 100. 2023-07-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.