Molodyoj Azerbaydjana — Vikipediya

Molodyoj Azerbaydjana
Yaranma tarixi 1919
Dil rus dili
Baş ofis Bakı
Ölkə

Molodyoj Azerbaydjana (az-əbcəd. مولودژوک آزئربایدژانا‎, azərb-kiril. Молодйож Азербајджана, rus. Молодёжь Азербайджана; mənası – Azərbaycan gəncliyi), əvvəllər Molodoy raboçiRaboçaya molodyojAzərbaycan Xalq CümhuriyyətiAzərbaycan SSR dövründə fəaliyyət göstərmiş[1] komsomol qəzeti, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı.[2] Azərbaycanda rus dilində çıxan ilk leqal komsomol qəzeti olmuşdur.[3][4]

Tarixi[redaktə | mənbəni redaktə et]

Qəzetin ilk nömrəsi "Molodoy raboçi" adı ilə 11 iyun 1919-cu ildə çıxmış,[5] 6 oktyabrdan isə "Raboçaya molodjyoj" adı ilə çıxmışdır.[6] Qəzet Bakı şəhəri və onun rayonlarının Beynəlmiləlçi Fəhlə Gənclər İttifaqı MK-sının orqanı olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinin təqibi nəticəsində nəşri dayandırılmışdır.[7] 7 yanvar 1923-cü il tarixindən 19 avqust 1941-ci ilə qədər "Molodoy raboçi" adı ilə nəşrə başlamış, İkinci Dünya müharibəsi illərində çapı dayandırılmışdır. 6 sentyabr 1945-ci ildən Sovet İttifaqı süquta uğrayanadək "Molodjyoj Azerbaydjana" adı ilə həftədə 3 dəfə çıxmışdır. Qəzet Azərbaycan gənclərinin həyatını işıqlandırır və kommunist təbliğatı ilə məşğul idi. 1982-ci ildə tirajı 60 min nüsxə idi. 1979-cu ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.[8]

Qəzetin müxbiri Salatın Əsgərova 6 yanvar 1991-ci ildə, Qarabağ münaqişəsi zamanı Böyük Qaladərəsi kəndi yaxınlıqlarında erməni separatçılar tərəfindən öldürülmüşdür.[9][10]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Азәрбајҹан Дөвләт Китаб Палатасы. Азәрбајҹан мәтбуат салнамәси. Palatasy.
  2. Молодој рабочи // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 40.
  3. Ismăi̐yl, Măḣmud. Azărbai̐jan tarikhi. "Azărbai̐jan Ensiklopedii̐asy" Năshrii̐i̐at-Poligrafii̐a Birlii̐i. 1997. ISBN 5-89600-197-5, 978-5-89600-197-3.
  4. Avetisi︠a︡n, G. A. (Grant Aleksandrovich). Комсомол Закавказья под знаменем пролетарского интернационализма. Izd-vo Akademii nauk Armi︠a︡nskoĭ SSR. 1968.
  5. "Азербайджанская советская социалистическая республика". www.hrono.ru. 2023-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-14.
  6. Vsesojuznaja knižnaja palata Sonstige. Газеты СССР 1917 - 1960 ; библиографический справочник. Izdat. "Kniga". 1980.
  7. Baĭramov, K. M. Массовые рабочие организации Азербайджана в борьбе за победу Советской власти, 1918-1920 гг. "Ėlm". 1983.
  8. Молодјож Азербајджана // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 40.
  9. КРОВАВЫЙ ОМУТ КАРАБАХА (Bloody Slough of Karabakh) Arxivləşdirilib 2022-09-28 at the Wayback Machine by Yuri Pompeyev
  10. Statistics on deaths of journalists and media workers 1990-2002 Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine International Federation of Journalists