Azərbaycanın vergi jurnalı — Vikipediya

"Azərbaycanın vergi jurnalı"
əvvəlki adı: "Azərbaycanın vergi xəbərləri"
Baş redaktor Elşən Hacızadə
Növ Elmi-metodiki jurnal
Format A4
Tiraj 3000
Təsisçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Təsis tarixi 1 iyul 2003
Şirkət Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Qərargah Azərbaycan Azərbaycan, Bakı şəhəri, Landau küçəsi 16, AZ1073.
Dil azərbaycanca
Səhifə 212


"Azərbaycanın vergi jurnalı" (əvvəlki adı: "Azərbaycanın vergi xəbərləri") — Azərbaycanda nəşr olunan jurnal. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin resenziyalı elmi nəşri.

Təsis və qeydiyyat[redaktə | mənbəni redaktə et]

İlk adı "Azərbaycanın vergi xəbərləri" jurnalı olmuşdur. Jurnal həmin adla 1 iyul 2003-cü ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsis edilmiş və 510 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının dövlət reyestrinə alınmışdır.

Jurnal beynəlxalq ISSN (azərb. Beynəlxalq Standart Seriya Nömrəsi‎) mərkəzində 2305-462X nömrəsi ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir[1].

2012-ci ildən bu jurnal yeni adla iki ayda bir dəfə 212 səhifə həcmində 3 min nüsxə tirajla nəşr edilir[2].

Məzmun[redaktə | mənbəni redaktə et]

Jurnal müstəqil, resenziyalı elmi nəşrdir.

Jurnalda əsasən vergiqoymanın müasir problemlərini və vergi işinin ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Həmçinin iqtisadiyyatın digər sahələrilə bağlı yazılmış orjinal məqalələrin dərcinə də yer verilir.

Dil[redaktə | mənbəni redaktə et]

Jurnalda Azərbaycan, türk, ingilisrus dillərində məqalələr dərc edilir.

Redaksiya[redaktə | mənbəni redaktə et]

Baş redaktoru iqtisad elmləri doktoru, professor Elşən Hacızadədir. Redaksiya heyəti 20 nəfərdən ibarətdir.

Veb-saytı[redaktə | mənbəni redaktə et]

2011-ci ilin may ayında "Azərbaycanın vergi xəbərləri" jurnalının veb-saytının təqdimat mərasimi keçirilmişdir[3]. Bu elmi dövri nəşr internetdə www.vergijurnali.az[4]www.taxesnews.az[5] ünvanlarında yerləşir. Həmin veb-sayt dörd dildə – Azərbaycan, türk, ingilisrus dillərində fəaliyyət göstərir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. AAK. Tövsiyə edilən elmi nəşrlər: İqtisadiyyat elmləri Arxivləşdirilib 2011-10-30 at the Wayback Machine  (az.)
  2. «Azərbaycanın vergi jurnalı» nın birinci nömrəsi çapdan çıxmışdır. Arxivləşdirilib 2016-12-09 at the Wayback Machine  (az.)
  3. Vergilər Nazirliyinin “Azərbaycanın vergi xəbərləri” jurnalının veb-saytının təqdimatı keçirilib. gun.az Arxivləşdirilib 2011-05-30 at the Wayback Machine  (az.)
  4. "vergijurnali.az". 2012-06-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-09.
  5. "taxesnews.az". 2011-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-26.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]