Al bayraq (qəzet) — Vikipediya

Al bayraq
Təsisçi Əhməd bəy Pepinov
Əliheydər Qarayev
Siyasi mənsubiyyət Hümmət Partiyası
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 1920

Al bayraq — leqal bolşevik qəzeti, Hümmət Partiyasının orqanı.

Tarixi[redaktə | mənbəni redaktə et]

İlk və yeganə nömrəsi 1920-ci il martın 31-də Bakıda Azərbaycan dilində çıxmışdır. Redaktoru Əliheydər Qarayev idi. Əliheydər Qarayevdən əvvəl "Al bayraq" Əhməd Cövdət Pepinovun müdirliyi ilə həftədə iki dəfə nəşr olunmuş, 1919-cu ildə Tiflisdə nəşri dayandırılıb, Bakıya köçürülmüşdür.

Qəzet Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətini tənqid edir, Birinci dünya müharibəsində iştirak edən dövlətlərin işğalçılıq siyasətinə qarşı çıxır, bolşevizmə xidmət edərək, kütlələri sosialist inqilabı uğrunda mübarizəyə çağırırdı. "Al bayraq" qəzeti dövlətə qarşı çıxış etdiyi üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən bağlanmışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Al bayraq // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I. Bakı: "Lider". 2004. səh. 118. ISBN 9952-417-14-2.