Müxalifət (qəzet) — Vikipediya

Müxalifət
Növ ?
Format A 3
Təsisçi Ağamalı Sadiq Əfəndi
Baş redaktor Rövşən Kəbirli
Yaranma tarixi 15 oktyabr 1991
Dil Azərbaycan dili
Səhifə 16

Müxalifət — Azərbaycan Respublikasının Bakı şəhərində nəşr olunan qəzet.

"Müxalifət" qəzetini 15 oktyabr 1991-ci ildə mərhum jurnalist Ağamalı Sadiq Əfəndi yaradıb. Qəzetə müxtəlif vaxtlarda Mehman Cavadoğlu, Vaqif Hacıbəyli, Süleyman OsmanoğluNəsir Əhmədli rəhbərlik edib.

Hazırda çapında fasilə yaranmış qəzetin baş redaktoru Rövşən Kəbirli və redaksiyanın aparıcı əməkdaşı Yaşar Ağazadənin 2007-ci ildə həbs edilməsi "Müxalifət"in fəaliyyətinə təsir göstərmişdir. R.Kəbirli və Y.Ağazadə 2007-ci il mayın 16-da akademik Cəlal Əliyevin iddiası əsasında həbs olunublar. 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən jurnalistlər 7 ay 14 gün sonra prezident İlham Əliyevin əfv fərmanı ilə 2007-ci il dekabrın 29-da azadlığa buraxılıblar.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Müxalifət"in 18 yaşı tamam olur[ölü keçid]