İstiqlal (qəzet, 1921) — Vikipediya

İstiqlal
Baş redaktor Əbdülvahab Yurdsevər Əli Həsən Babayev
Yazıçılar Cəfər CabbarlıQurban MusayevAğasəlim Rəhimov
Yaranma tarixi 1921
Nəşrini dayandırıb 6 oktyabr 1923
Ünvan «Çadrovı, 62»dəki (indiki M.A. Əliyev küçəsi)
Tiraj 19-cu nömrə

İstiqlal — Sovet dövründə gizli fəaliyyətə başlayan qəzet.

Tarixi[redaktə | mənbəni redaktə et]

1921-ci ilin baharında Əli Həsən Babayev və Əbdül Vahab Məmmədzadənin gizli fəaliyyətə başlayan “İstiqlal” qəzeti­nin nəşr olunmuşdur. Əbdürrəhman Dai 1921-1923-cü illərdə 19 sayı məxfi şəraitdə çap­la­nan qəzetin əksər mətnlərinin mürəttibi, xüsusilə Azərbaycanın işğal günü - 27 aprel münasibətilə milli ruhda yazılan, sovet istilasını yamanlayan bəyannamə­lərin yığıcısı idi[1]

Qəzet Hacıbaba Cəbiyevin «Çadrovı, 62»dəki (indiki M.A. Əliyev küçəsi - red.) evində nəşr olunurdu[2]. İstiqlalçılar oranı kirayələmişdilər. Amma sonra sənədlərdən aydın olur ki, qəzeti də elə bu şəxs maliyyələşdirirmiş… Ağasəlim Rəhimovsa dövlət mətbəəsində işləməklə yanaşı, həm dəbu qəzetin çapını gerçəkləşdirirmiş… Onlar çap barabanı, şrift kassaları əldə ediblər və şriftləri də mətbəədə işlədiyindən Əbdül Rəhman Dai gətirib. Hər dəfə cibində qəzet çapına gərəkli şrifti gətirir və mətnləri yığırmış. İstintaq izahatlarında bunlar var». Asif Rüstəmli gizli qəzet çapının qonşunun satqınlığı nəticəsində aşkarlandığını bildirdi: «1923-cü il oktyabrın 5-dən 6-na keçən gecə Azərbaycan ÇeKası mətbəənin yerləşdiyi evi mühasirəyə aldı. İş başında 2 nəfər tutuldu - Qurban Musazadə (yazıçı Qılman İlkinin qardaşı-red.) və Ağasəlim Rəhimov. Onlar 19-cu nömrəni yığırdılar. Qəzetin bu sayı oxuculara çatmadan müsadirə edildi. Sonrakı günlərdə 18 nəfər də həbs olundu. Cəfər Cabbarlı da onların arasında idi».[3]

Məhəmməd Əmin Rəsulzadəyə görə isə qəzetin gizlin fəaliyyət göstərən mətbəəsi 1923-cü ilin dekabr ayında bolşeviklər tərəfindən aşkar edilərək məhv edilib.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2015-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-24.
  2. Nəsiman Yaqublu. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 100. ISBN 978-9952-36-521-4.
  3. "Arxivlənmiş surət". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-24.
  4. Tural Mehbalıyev. "Məhəmməd Əmin Rəsulzadə – İşğala qarşı mübariz". Milliyyət Araşdırmalar Mərkəzi. 13 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2020.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]