Qarabağ (qəzet, 1990) — Vikipediya

Qarabağ
Qəzetin 30 illik yubiley sayı
Qəzetin 30 illik yubiley sayı
Növ müstəqil qəzet
Format A3
Təsisçi Redaksiyanın yaradıcı kollektivi
Baş redaktor Çingiz Tofiqoğlu
Yaranma tarixi İyul 1990
Dil Azərbaycan dilində
Qiymət 40 qəpik
Səhifə 16
Ünvan Bakı ş. Mətbuat pr. 529-cu məhəllə
"Azərbaycan" nəşriyyatı 3-ci mərtəbə
65-ci otaq
Tel: (+99412) 510-56-22
Mob: (+994) 50-333-60-80
Tiraj 1500

QarabağAzərbaycanda nəşr edilən müstəqil qəzet.

Tarixi[redaktə | mənbəni redaktə et]

"Qarabağ" qəzetinin ilk sayı 1990-cı ilin iyul ayında çap olunub.[1] Qəzet həmin ildə Azərbaycan KP MK Bürosunun qərarı ilə Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsinin orqanı olaraq həftəlik qəzet kimi təsis edilmişdir.[2] Lakin az sonra - 1991-ci ilin noyabr ayında qəzetin yaradıcı kollektivi həmin təşkilatın fəaliyyətinin milli maraqlara zidd olduğunu nəzərə alıb onun təsisçiliyindən imtina etmiş müstəqil qəzet kimi nəşr olunmuşdur.

40 min tirajla çap olunan "Qarabağ” qəzeti 27 fevral 1992-ci il tarixli sayında - Xocalıda baş verən hadisələri "Xocalıda soyqrımı törədildi” başlıqlı xəbərlə Azərbaycana yayan ilk qəzetlərdən olub.[3]

1993-cü ildən məlum hadisələrdən sonra "Qarabağ" qəzeti Bakıda nəşr olunur.

"Qarabağ" qəzetinin baş redaktoru Çingiz Tofiqoğlu, məsul katibi isə Samir Məmmədovdur. Qəzetin təsisçisi redaksiyanın yaradıcı kollektividir.

"Qarabağ" qəzeti redaksiyanın kompüter mərkəzində yığılır, səhifələnir və "Azərbaycan" nəşriyyatında çap olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Qarabağ" qəzetinin 30 yaşı tamam olur". Azərtac. 2021-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.
  2. ""Qarabağ" qəzetinin 30 yaşı tamam olur". 525-ci qəzet. 2023-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.
  3. ""Qarabağ", 30 yaşın mübarək!". Azərbaycan qəzeti (az.). 2023-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]