Bakinski komsomolets — Vikipediya

Bakinski komsomolets
Yaranma tarixi 1932
Dil rus dili
Nəşrini dayandırıb 1936
Baş ofis
Ölkə

"Bakinski komsomolets" (azərb-kiril. Бакински комсомолетс, rus. Бакински комсомолец; mənası – Bakı komsomolçusu) — Azərbaycan SSR-də kütləvi komsomol qəzeti, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi və Bakı Komsomolunun orqanı.

Tarixi[redaktə | mənbəni redaktə et]

Qəzetin ilk nömrəsi 1932-ci ilin iyununda çıxmış, nəşri 1936-cı ilin sonuna kimi davam etmişdir. 1937-ci ilin yanvarından cıxan "Molodoy raboçi" onu əvəz etmişdir. "Bakinski komsomolets" Azərbaycan SSR komsomolçu və gənclərinin sənayenin yüksəlişi uğrunda mübarizəsi, gənc Bakı neftçiləri ilə Donbas paxtacıları arasında sosializm yarışının genişlənməsi, gənclərin kommunist tərbiyəsi, ədəbiyyat və incəsənətin inkişafı məsələlərinə böyük diqqət yetirmişdir. ÜİLKGİ MK, XİLKGİ Zaqafqaziya Ölkə Komitəsi, ALKGİ MK və BK-nın ən mühüm qərar və qətnamələrini dərc etmişdir. Qəzetin nəzdində gənc yazıcı və şairlərin ədəbi yaradıcılıq dərnəyi təşkil olunmuşdu. "Bakinski komsomolets" rus ədəbiyyatının klassikləri haqqında müntəzəm məqalələr verirdi.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Бакински Комсомолетс // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 549.