Molodıye boytsı vostoka — Vikipediya

Molodıye boytsı vostoka
Təsis tarixi 1921
Qərargah
Dil Azərbaycan dili, fars dili, rus dili


Molodıye boytsı vostoka (azərb-kiril. Молодыје бојтсы востока, rus. Молодые бойцы востока; mənası – Şərqin gənc döyüşçüləri) — Azərbaycanda jurnal, Şərq Gəncləri Şurasının orqanı. Yeganə nömrəsi 1921-ci ilin yanvarında, Azərbaycan, rusfars dillərində, Bakı şəhərində çıxmışıdır. Jurnalda Şərq gənclərinin həyatı və inqilabi mübarizəsini əks etdirən yazılarla yanaşı, Şərq gənclərinin 1920-ci ilin sentyabrında Bakıda keçirilmiş I qurultayı haqqında məlumat, qurultayın Manifesti, nizamnaməsi və b. materiallar da dərc olunmuşdur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Молодыје бојтсы востока // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 40.