Üç çizgi (jurnal) — Vikipediya

Üç çizgi
Jurnalın AXC-nin 100 illiyinə həsr etdiyi xüsusi sayının üz qabığı
Jurnalın AXC-nin 100 illiyinə həsr etdiyi xüsusi sayının üz qabığı
Baş redaktor Rza Məmmədov
Növ jurnal
Təsisçi Əskişəhər Azərbaycanlılar Dərnəyi
Təsis tarixi 2017
Qərargah Türkiyə Türkiyə
Dil Türkcə


Üç çizgiTürkiyə2017-ci ildən ildə dörd dəfə türkcə nəşr olunan Əskişəhər Azərbaycanlılar Dərnəyinin yayım orqanı.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Üç Çizgi jurnalı Əskişəhər Azərbaycanlılar Dərnəyinin yayım orqanıdır.[2][3] Jurnalın yaradılması 2016-cı ildə dərnəkdə müzakirəyə çıxarılıb. Qərar qəbul edildikdən sonra isə jurnala ad seçmək üçün müsabiqə elan edilir. Müsabiqədə əslən axısqalı olan Azərbaycan vətəndaşı Orxan Ulfanovun təklifi olan "Üç çizgi" qəbul edilir. Bu ad Azərbaycan Respublikasının bayraq rənglərinin rəmzi olan “Türklük, İslam və Demokratiya”nı təmsil edir. Jurnal 2017-ci ildən etibarən ildə dörd dəfə olmaqla mart, iyun, sentyabr və dekabr aylarında çap olunur. Jurnal Əskişəhər şəhərində türkcə çap olunaraq, Ankara, İstanbul, Antalya, İzmir, BakıNaxçıvan şəhərlərinə göndərilir. 2018-ci ildə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyindən ISSN (International Standard Serial Number) alan jurnal beynəlxalq yayım haqqına sahibdir.

Jurnalın sahibi Əskişəhər Azərbaycanlılar Dərnəyi adından dərnək sədri Cavid Aydın, baş redaktoru Rza Məmmədov, yazı işləri direktoru Sirac Yaquboğlu, mətbuat direktoru Aygün Həşimova Öztürk, dizayneri isə Elmin Nəcəflidir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Üç çizgi" (türk. ). esazder.com. 31 iyul 2019 tarixində arxivləşdirilib.
  2. Valeh Dadaşov. "Türkiyədəki Azərbaycan diasporunun jurnalı çap edilib". report.az. 31 mart 2017. 31 iyul 2019 tarixində arxivləşdirilib.
  3. "Diaspor təşkilatının mətbu orqanı işıq üzü görüb". olaylar.az. 31 mart 2017. 31 iyul 2019 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]