Yeni fikir (qəzet, 1922) — Vikipediya

Yeni fikir
Növ həftəlik qəzet
Baş redaktor Həsən Səbri, Böyükağa Talıblı, Dağlı Rəsulzadə, Mirzə Davud Hüseynov, Rzaqulu Nəcəfov
Yaranma tarixi 1922
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 1927
Ünvan Tiflis

Yeni fikirTiflisdə Azərbaycan dilində çap olunan həftəlik qəzet.

Tarixi[redaktə | mənbəni redaktə et]

İlk nömrəsi 1922-ci ilin yanvarında, son nömrəsi 1927-ci ilin mayında (cəmi 1397 nömrə) çıxmışdır. 1923-cü ilin yanvarından Zaqafqaziya MİK və XKŞ-nın orqanı kimi gündəlik nəşr edilirdi. Müxtəiif vaxtlarda Həsən Səbri, Böyükağa Talıblı, Dağlı Rəsulzadə, Mirzə Davud Hüseynov, Rzaqulu Nəcəfov qəzetin baş redaktoru olmuşlar. "Yeni fikir"-də Cəlil Məmmədquluzadənin yaradıcılığına, onun Tiflis teatrının səhnəsində tamaşaya qoyulmuş əsərlərinə, fəaliyyətinin Tiflis dövrünə dair məqalə və resenziyalar nəşr edilirdi.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Qəzet öz nəşrini Bakıda davam etdirən "Molla Nəsrəddin" jurnalı, onun ideya məzmunu, əsas tənqid hədəfləri, dili və s. bağlı müxtəlif yazılar da vermişdir. Ümumiyyətlə, 1923-1926 illərdə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığında baş verən bütün əsas hadisələr "Yeni fikir"-in səhifələrində öz əksini tapmışdır. Lakin qəzetdə Cəlil Məmmədquluzadənin haqqında obyektiv, əsaslı məqalə və resenziyalarla birlikdə, bir sıra qeyri-dəqiq, iddialı, yazıçının yaradıcılığını proletkultçuluq mövqeyindən təftiş edən materiallara da yer verilirdi.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.295.