Şərq fəlsəfəsi problemləri (jurnal) — Vikipediya

Şərq fəlsəfəsi problemləri
Baş redaktor Zümrüd Quluzadə
Növ jurnal
Tiraj 200
Təsisçi Azərbaycan Milli Elmlər Akademiyası
Təsis tarixi 1996
Qərargah Azərbaycan, Bakı şəhəri,H.Cavid Prospekti 1, AMEA.
Dil Azərbaycan dili
Rus dili
orientalphilosophy.org


"Şərq fəlsəfəsi problemləri" jurnalı — beynəlxalq elmi nəzəri jurnal. Şərq bölgəsinin fəlsəfi problemlərinə həsr olunmuşdur.

Jurnal haqqında məlumat[redaktə | mənbəni redaktə et]

Şərq fəlsəfəsi problemləri jurnalı 1996-cı ildən iki dildə – rusazərbaycan dillərində nəşr olunur. Jurnalın təsisçiləri Azərbaycan Milli Elmlər AkademiyasıAMEA Fəlsəfə və Hüquq İnstitutu, o cümlədən jurnalın Redaksiya heyətidir. Jurnalın ad və ideya müəllifi fəlsəfə elmləri doktoru Zümrüd Quluzadəyə məxsusdur.

Jurnalı baş redaktoru fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi Zümrüd Quluzadə, məsul katibi və internet saytlarının rəhbəri fəlsəfə üzrə fəlsəfə doktoru Rahil Nəcəfovdur. Jurnalda nəşr olunan məqalələrin 6 dildə - türk, ərəb, fars, alman, fransızingilis dillərində rezumələri verilir.

Jurnalın redaksiya şurasına Əlcəzair, İran, Türkiyə, Qazaxıstan və digər ölkələrdən bir çox məşhur alimlər daxildir. Onlardan Dr. Cavad Heyət, professor Dr. Süleyman Hayri Bolay, professor İlham Məmmədzadə, Dr.Necati Öner, Dr. Ariz Gözəlov, Dr. Zaim Xanşelavi, Dr. Thierry Zarcone, Dr.Deni Qril f.ü.f.d. Solmaz Rzaquluzadə, professor Rəfiqə Əzimova, professor Mübahat Türker Küyel, professor Kenan Gürsoy, professor Könül Bünyadzadə və başqaları daxildir.

Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən indiyə qədər humanitar elmlər sahəsində ən uzun ömürlü elmi jurnallardan biri olan “Şərq fəlsəfəsi problemləri” bu ad, məzmun və quruluşda fəlsəfəyə həsr edilmiş və dünya fəlsəfəsinin ayrılmaz hissəsi olan İslam bölgəsi xalqlarının tədqiq, tədris və təbliğinə istiqamətlənmiş ilk elmi-nəzəri beynəlxalq jurnaldır. Fəlsəfənin nəzəriyyə və tarixinin aktual və mübahisəli məsələlərinə və ilk növbədə Şərq və İslam bölgəsi fəlsəfəsinin dünya fəlsəfəsi kontekstində tədqiq, tədris və təbliğinə xüsusi diqqət verən Jurnal 1996-cı ildən bu günədək Respublikanın elm aləmində yayılır və AMEA-nın Elmi kitabxanası tərəfindən Şərqin və Qərbin məşhur kitabxanalarına göndərilir.

Jurnalın iki rəsmi veb səhifəsi www.orientalphilosophy.org və www.joph.org fəaliyyət göstərir. Eyni zamanda jurnalın elektron bazasında “İslam mədəni bölgəsi fəlsəfə tarixinin dünya fəlsəfə tarixində yeri və rolunun elmi dəyərləndirilməsi” adlı internet forumu feysbuk sosial şəbəkəsində qrupu fəaliyyət göstərir. Saytlarda İslam bölgəsi fəlsəfi konsepsiyaları, bölgə fəlsəfə tarixinin ayrı-ayrı problemləri, dünya fəlsəfə tarixi kontekstində bölgə fəlsəfə tarixinin tədrisi məsələləri haqqında məlumat verən elmi məqalələrlə yanaşı, bu problemlərə həsr olunmuş kitablar da yerləşdirilmişdir. Hazırda “Şərq fəlsəfəsi problemləri” jurnalının əsas rəsmi saytı “www.orientalphilosophy.com” 2010-cu ilin noyabrından fəaliyyətdədir və onun informasiya bazasına Jurnalın əvvəlki illərin nömrələrinin Azərbaycan və rus dillərindəki tam mətni, 1996-cı ildən etibarən jurnalın əldə olunan nömrələrinin mündəricatı, məqalələrin 6 dildə xülasələri, İslam bölgəsi fəlsəfəsinin problemlərinə, qlobal, bölgə və etno-milli fəlsəfə tarixləri tədqiqininin metodoloji problemlərinə həsr edilmiş müzakirələr haqqında müxtəlif dillərdə təqdim edilən bəzi kitabların və məqalələrin elektron nüsxələri, Jurnalın təşəbbüsü ilə həyata keçirilmiş bır sıra beynəlxalq elmi-nəzəri konfrans və seminarlardakı çıxışların elektron versiyaları, o cümlədən Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA Fəlsəfə və Hüquq İnstitutu tərəfindən təşkil olunan “Ümumvəhdət Fəlsəfəsi və Müasir Elm”, “Ümumvəhdət fəlsəfəsi və Lütfi Zadə konsepsiyaları” , habelə UNESKO-nun dəstəyi ilə keçirilən Dünya fəlsəfəsi kontekstində İslam bölgəsi fəlsəfəsinin tədqidi və tədrisi problemlərinə həsr edilmiş eyni adlı beynəlxalq elmi-nəzəri seminar və konfransların materialları daaxildir. Hər iki konfansın materillarına dünyanın 70-dən artıq ölkəsinin 550 mindən çox baxış olmuşdur. Materialların aktual və maraqlı elmi faktları əks etdirmələri ziyarətçilərin sayını artırır. Hazırda Jurnalın veb saytının səhifələrində Azərbaycan alimləri ilə yanaşı Şərq və Qərb ölkələrinin alimlərinin məqalələri dərc olunur və Jurnalın elmi əlaqələrinin arealı gündən-günə genişlənir. Jurnal haqqnda informasiya Vikipedia Beynəlxalq İnternet Ensiklopediyasının azərbaycan dili bölməsində əks etdirilmişdir. Jurnal və saytdakı nəşrlər peşəkar tədqiqatçılarla yanaşı, fəlsəfə problemləri ilə, xüsusilə də Şərqin İslam bölgəsi fəlsəfəsi və mədəniyyətinin fəlsəfi problemləri ilə maraqlanan oxucuların diqqətini cəlb etməyə yönəldilib.

“Şərq fəlsəfəsi problemləri” elmi-nəzəri jurnalının www.orientalphilosophy.org internet saytı İslam mədəni bölgəsində bu növ müasir nəşrlər içində elmi-nəzəri istiqaməti və məlumat informasiya sisteminə görə analoqu olmayan saytlardan biridir və güman edirik ki, yaxın gələcəkdə o, oxşar konseptlərdə yaradılacaq elmi saytlara bir örnək təşkil edə bilər.

Jurnalın elmi fəaliyyəti beynəlxalq elmi məkanda diqqəti cəlb edib. O, bir çox beynəlxalq elmi jurnalların indeksləmə mərkəzləri (OAJİ – Open Academic Journals İndex, CyteFactor – International Academic Journals İndex, İSAM – İslam Araştırmaları Merkezi Dergi Tarama İndeksi, İSİS – İnternational Publishing Center of academic journals) tərəfindən indekslənib. Bundan başqa Azərbaycandan yeganə jurnal kimi Thomson Reuters Scial Science Citation indeksləmə bazası tərəfindən qeydə alınmış və bu yüksək qurum tərəfindən nəzarətə götürülmüşdür.

Jurnalın fəaliyyət sahəsinə İslam mədəni bölgəsinin vahhid fəlsəfə tarixinin yazılmasına həsr edilmiş "Forum" fəaliyyət göstərir. Jurnal həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının doktorant və dissertantlar üçün çapı tövsiyə edilən jurnallar sırasına daxildir.

Jurnal AMEA-nın razılığı əsasında Təknur nəşriyyatında ildə bir dəfə nəşr olunur və dünyanın məşhur kitabxanalarına göndərilir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]