Eritreya — Vikipediya

Eritreya Dövləti

Ərəbcə. دولة إرتري‎‎
İngiliscə. State of Eritrea
Tiqrinya. ሃገረ ኤርትራ
Eritreya
Himni: "Eritrea, Eritrea, Eritrea"
Eritreya xəritədə yeri
PaytaxtıƏsməra
Ən böyük şəhəriƏsməra- 800 min (2015-ci il)
Rəsmi dilləriTiqrinya, Ərəb dili, İngilis dili
Etnik qrupları
tiqrinya -55%, tiqre -30%, saho -4%, kunama -2% ,bilen -2%.
İdarəetmə formasıRespublika
• Prezident
İsayas Afeverki [8.VI.1993 ~]
Qurulması
Tarixi 
• Müstəqillik
24 may 1993
• Yaranması
24 may 1993
Ərazisi
• Ümumi
117600 (101-ci yer)
Əhalisi
• 2015 təxmini
5 860 min (110-cu yer)
• 9.IV.1984 siyahıya alma
2 748 304
• Sıxlıq
47/km2 (121.7/kv. mil)
ÜDM (AQP)2014 təxmini
• Ümumi
7,8 milyard (164)
• Adam başına
1 200 (221)
İİİ (2013)0.351
aşağı · 181-ci yer
Valyutasınakfa (EPN)
Saat qurşağıUTS +3
Yolun hərəkət istiqamətisağ
Telefon kodu291
ISO 3166 koduER
İnternet domeni.er
Map
Eritreya
Eritreya

Eritreya (tiqrin. ኤርትራ; ərəb. إريتريا; ing. Eritrea) və ya rəsmi adı ilə Eritreya Dövləti (tiqrin. ሃገረ ኤርትራ; ərəb. دولة إريتريا; ing. State of Eritrea) — Şərqi Afrikada dövlət. Eritreya şimalda və qərbdə Sudan, cənubda Efiopiya, cənub-şərqdə Cibuti ilə həmsərhəddir. Ölkənin şimal-şərqində və şərqində isə Qırmızı dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Əsməra, ümumi sahəsi 117,600 kvadrat kilometr, əhalisinin sayı 6 milyon nəfərdən çoxdur. Eritreya 24 may 1993-cü ildə Efiopiyadan müstəqilliyini əldə etmişdir.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Şərqi Afrikanın şimalında yerləşən ölkə. Qərbdə Sudan, cənubda Efiopiya və cənub-şərqdə Cibuti ilə həmsərhəddir. Ölkənin şərqi və şimal-şərqi Qırmızı dənizi sahili boyunca uzanır. Paytaxtı Asmeradır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Eritreya İtaliya tərəfindən işğal edildi və rəsmi olaraq 1 yanvar 1890-cı ildə bu ölkənin müstəmləkəsinə çevrildi. İtaliya ikinci dünya müharibəsində məğlub olduqdan sonra Eritreya 1941-ci ildən 1952-ci ilə qədər BMT-nin himayəsinə verilmişdir. O zaman ölkənin bayrağı bütün rəsmi dairələrdə dalğalanırdı. 2 dekabr 1950-ci ildə BMT-nin qərarı ilə Efiopiyaya birləşdirildi. 1951-ci ildən 1962-ci ilə qədər Efiopiyanın muxtar bölgəsi olaraq qaldı. Həmin ildə Efiopiya imperatoru Haile Selassienin regional muxtariyyəti ləğv etməsi kütləvi etiraz və iğtişaşlara səbəb oldu. Xalqın narahatlığı bu qərara qarşı artdı və Eritreya 30 il boyunca Efiopiya hökumətinə qarşı dirəndi və bu dirəniş 1991-ci ildə bitdi. 1993-cü ildə BMT-nin qərarı ilə Eritreya müstəqillik əldə etdi. Ölkə çoxmədəniyyətli və ikidinlidir. Müasir Eritreyanın adı ilk dəfə italyan işğalçıları tərəfindən istifadə edilmişdir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

6,233,682 nəfər. Ölkədə yaşayanların 55% Tigrinya, 30% Tigre, 4% Saho və digər etnik qruplardır.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Eritreyada əhalinin əksəriyyəti (85%) əkinçilik və heyvandarlıqla məşğuldur. Əhalinin üçdə ikisi oturaq və yarı-oturaq, qalanı köçəri həyat sürür. Ölkədaxili hasilatı 550 milyon dollar olaraq hesablanır. Adambaşına düşən milli gəlir 150 dollardır. Ölkənin iqtisadi durumu ağırdır.

Təhsil[redaktə | mənbəni redaktə et]

Eritreyada təhsil beşmərhələlidir: ana məktəb, ibtidai məktəb, ilk məktəb, orta məktəb və universitet.

İbtidai, ilk və orta məktəbdə təxminən 245.000 məktəbli təhsil alır. Təhsilin şüarı Vətən, ana dilidir.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Eritreya çoxmillətli bir dövlət olduğundan, əraziyə görə mədəniyyət fərqləri çox dərin olmasa da, mövcuddur. Xristian olan Tiqray, Billen xalqlarının mədəniyyəti Həbəşistan mədəniyyəti əsasında formalaşarkən, müsəlman olan Afar, Tiqre xalqlarının mədəniyyəti ərəb-kuşit mədəniyyəti əsasında formalaşmışdır. Bu ölkə ticarət və alver üçün dünyanın bağlantı nöqtəsidir. Eritreya mədəniyyətində italyan mədəniyyətinin izlərini görmək olar. Bu gün ölkədə italyan mətbəxindən faydalanmış kafelər fəaliyyət göstərir.

İstinadlar[redaktə | mənbəni redaktə et]