Lesoto — Vikipediya

Lesoto krallığı

soto Muso oa Lesotho
ing. Kingdom of Lesotho
Lesoto
Lesoto gerbi
Gerb
Şüarı: Khotso, Pula, Nala
Himni: Lesotho Fatse La Bontata Rona
Paytaxtı
və ən böyük şəhəri
Maseru(267 min nəfər,2014-cü il)
29°28′ c. e. 27°56′ ş. u.
Rəsmi dillərisoto diliingilis dili
Etnik qrupları
basuto-97%
İdarəetmə formasıKonsitutsiyalı monarxiya
• kral
III Letsie [ 7.II.1996 ]
• baş nazir
Moeketsi Majoro [ 20.V.2020 ]
Yaranması24 oktyabr 1966
Tarixi 
• Yaranması
1966
Ərazisi
• Ümumi
30355 (142-ci yer)
Əhalisi
• 2015 təxmini
2 120 min (144-cü yer)
• 9.IV.2006 siyahıya alma
1 876 633
• Sıxlıq
69/km2 (178.7/kv. mil)
ÜDM (AQP)təxmini
• Ümumi
4 265 mln. (147)
• Adam başına
2200 (192)
Valyutasıloti (LSL)
Saat qurşağı+2
Yolun hərəkət istiqamətisol
Telefon kodu266
ISO 3166 koduLS
İnternet domeni.ls
Map
Lesoto
Lesoto vilayətləri

Lesoto (soto. Lesotho; ing. Lesotho) və ya rəsmi adı ilə Lesoto Krallığı (soto. 'Muso oa Lesotho; ing. Kingdom of Lesotho)Afrikanın cənubunda anklav dövlət. Lesoto dörd tərəfdən Cənubi Afrika Respublikası ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Maseru şəhəri, ümumi sahəsi 30,355 kvadrat kilometrdir. Lesoto həm də VatikanSan-Marino ilə yanaşı, ərazisi tamamilə başqa bir ölkənin ərazisi ilə əhatə olunmuş üç müstəqil dövlətdən biridir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

Soto (suta) milləti etnonimindən yaranıb, soto dilidə danışan insanların ölkəsi mənasını verir. Müstəqilliyin qazanıldığı 1966-ci ilə qədər istifadə edilən Basutoland isə Basotoluların yaşadığı ölkə mənasını verirdi

Tarixi[redaktə | mənbəni redaktə et]

1868-1966-cı illərdə Böyük Britaniyanın protektoratı olmuşdur. Basutoland adlandırılan bu ərazi 1965-ci ildə isə daxili özünüidarəni əldə edir. 1966-cı ildə müstəqillik əldə etmişdir, o vaxtdan ölkədə müntəzəm olaraq hərbi çevrilişlər baş verir. 1970-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyət hərbçilərin əlinə keçir. 1993-cü ildə hərbi rejim ölkəyə rəhbərliyi öz üzərindən atır. Ölkədə cəmi bir dəfə - 2002-ci ildə insidentsiz seçki keçirilib.

Dövlət quruluşu[redaktə | mənbəni redaktə et]

Dövlət quruluşu konstitusiyalı monarxiyadır.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Sahəsi 30 000 km²-dir. Cənubi Afrikada yerləşir. Paytaxtı Maseru şəhəridir. Lesotho Afrika qitəsində yerləşən kiçik ölkələrdən biridir. Ölkə sahəsinə görə 54 Afrika ölkəsi içində 42-ci yerdədir. Dünyada San Marino və Vatikan kimi hər tərəfdən ancaq bir ölkə ilə həmsərhəd olan Lesotho, qonşusu Cənubi Afrika Respublikası ilə 909 km-lik sərhədə malikdir. Bu xüsusiyyəti ilə dənizə də çıxışı olmayan ölkə torpaqlarının böyük hissəsinin yüksəklikdə yerləşdiyi üçün Səmadakı krallıq ( The Kingdom in the Sky ) olaraq da adlandırılmaqdadır.

Relyef[redaktə | mənbəni redaktə et]

Ölkənin ərazisi şərqdən və cənubdan Əjdaha dağları ilə əhatə olunumuş Basuto yaylasında yerləşir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Lesotho Afrikada olan müstəqil ölkələr içində əhalinin şəxsiyyət , mədəni və ənənə baxımından bir-birinə yaxın olduğu çox az ölkələrdən biridir. Ölkədə yaşayan iki milyona yaxın əhalinin 99% nisbətində özünü Bantu etnik qrupunun cənub qrupu üzvü olan Basutho etnik qrupuna üzvdür. Bundan başqa çox az da olsa Zulu, Xhosa etnik qrupları, Avropalılar və Asiyalılar yaşamaqdadır.

Ölkə əhalisi gənclərdən ibarət olub, 2013-cu ilin təxmini məlumatlarına görə 53,3%-i 0-24 yaş aralığındadır. Ölkənin yalnız5,4%-i 65 yaş və yuxarıdır.

0-14 yaş: 33.1% (kişi 322,189 / qadın 319,618)
15 -24 Yaş: 20.2% (kişi 185,931 / qadın 205,643)
25 -54 Yaş: 36.3% (kişi 344,120 / qadın 359,370)
55 -64 Yaş: 4.9% (kişi 50,781 / qadın 44,399)
65 Yaş və yuxarı: 5.4% (kişi 52,241 / qadın 51,889)

Dil[redaktə | mənbəni redaktə et]

Ölkənin Sesothoİngilis olmaqla iki rəsmi dili var. Ölkə əhalisinin 99%-i Sesotho dilini ana dili olaraq qəbul etdiyi halda, İngilis dili Birləşmiş Krallıq müstəmləkə dövründən qalan bir miras olaraq rəsmi dilə əlavə edilmişdir. Bu iki dilidən başqa çox az da olsa bəzi yerlərdə Dinka, Xhosaca və Sephuthi dilində danışırlar.

Din[redaktə | mənbəni redaktə et]

Lesotho əhalisinin 90%-lik çox böyük bir hissəsi xristian dininə görə həyatını yaşayır. Xristian dininə mənsub icmaların yarısına yaxını katolik məzhəbinə, 40% -i protestant məzhəbinə görə dini tələblərini yerinə yetirərkən, 10%-i isə yerli Afrika hristiyanlığına inanır. Ölkədə geri qalan 10% əhali isə Afrika təbiət dinlərinə inanmaqda olub, çox az adam isə islamahinduizmə inanır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]