Yusif Əliyev (milli qəhrəman) — Vikipediya
Yusif Əliyev | |
---|---|
Yusif Əliyusif oğlu Əliyev | |
Doğum tarixi | 2 dekabr 1969 |
Doğum yeri | |
Vəfat tarixi | 14 sentyabr 1991[1] (21 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Mükafatları |
Yusif Əliyev (2 dekabr 1969, Qobustan – 14 sentyabr 1991[1], Buzluq, Goranboy rayonu və ya Manaşid, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı[redaktə | mənbəni redaktə et]
2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 223 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkmişdir.
Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]
Yusif Əliyev 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşli, Erkəç kəndləri tərəfdən basqınlar edirdilər. Lakin 24 fevralda Mənəşli kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşdülər. 1991-ci il 14 sentyabrda düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin ölümü bahasına başa gəlir.
Ailəli idi.
Milli Qəhrəman[redaktə | mənbəni redaktə et]
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.
Xatirəsi[redaktə | mənbəni redaktə et]
Qobustan qəsəbəsindəki 195 saylı tam orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.
Yusif Əliyev haqqında "Yaddaş" studiyasında "Vətənə bağışlanan həyat" adlı sənədli film çəkilmişdir. 2015-ci ildə Qobustan qəsəbəsindəki Aşıq Rza adına Mədəniyyət evində filmin təqdimatı olmuşdur.[2]
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 http://anl.az/el/emb/MILLI_QEHREMANLAR/qehremanlarimiz/Eliyev_Yusif.pdf.
- ↑ “Vətənə bağışlanan həyat” sənədli filminin nümayişi: [Qobustan qəsəbəsindəki Aşıq Rza adına Mədəniyyət evində Milli Qəhrəman Yusif Əliyevin xatirəsinə həsr olunmuş eyniadlı sənədli filmin təqdimatı haqqında] // Mədəniyyət.- 2015.- 2 dekabr.- S.12.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 93-94.