Ramazan Çirinqov — Vikipediya

Ramazan Çirinqov
Ramazan Heybullah oğlu Çirinqov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Meşəşambul, Balakən rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri Meşəşambul, Balakən rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Təltifləri "Qızıl Ulduz" medalı

Ramazan Çirinqov (15 fevral 1969, Meşəşambul, Balakən rayonu3 sentyabr 1995, Balakən rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, öz xidməti vəzifəsini yerinə yetirən zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.

Həyatı[redaktə | mənbəni redaktə et]

15 fevral 1969-cu ildə Balakən rayonunda anadan olmuşdur. 1986-cı il Meşəşambul orta məktəbini bitirmiş, 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. Ramazan hərbi xidmətini Əfqanıstanda keçirmişdir. 1989-cu il hərbi xidmətini başa vurduqdan sonra Balakən rayonunda polis nəfəri kimi işə başlayır. 1995-ci il Balakən rayonunda silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsində o xüsusi fərqlənir. 1995-ci il 3 sentyabr öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Subay idi.

Milli Qəhrəman[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 25 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə Çirinqov Ramazan Heybullah oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir".

Meşəşambul kəndində dəfn edilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]