Elşad Hüseynov — Vikipediya

Elşad Hüseynov
Elşad Eynulla oğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi (55 yaş)
Doğum yeri Xıl, Masallı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 iyun 1992(1992-06-15) (23 yaşında)
Vəfat yeri
Vəfat səbəbi şəhid
Dəfn yeri Xıl, Masallı rayonu, Azərbaycan
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Respublikasının Daxili Qoşunları
Rütbəsi Baş çavuş
Döyüşlər
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı

Elşad Hüseynov (8 oktyabr 1968, Xıl, Masallı rayonu15 iyun 1992, Fərrux, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı.

Həyatı[redaktə | mənbəni redaktə et]

1960-ci il 8 oktyabr Masallı rayonunun Xıl kəndində anadan olmuşdur.[1] 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləyir. 1979–1981-ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür.

Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

Elşad Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi, mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi. Cəsur polis işçisinin ömrü beləcə qırıldı. Beləliklə, 1992-ci il 15 iyunda Ağdam-Fərrux istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

Masallı rayonunun Xıl kəndində dəfn edilib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəli idi, üç övladı yadigar qalıb.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Masallı rayonunda adına küçə var, büstü qoyulmuşdur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "www.http://zengilan.com". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]