Faiq Cəfərov (milli qəhrəman) — Vikipediya

Faiq Cəfərov
Faiq Əliqulu oğlu Cəfərov
Şəxsi məlumatlar
Doğum tarixi 1 may 1974(1974-05-01)
Doğum yeri
Vəfat tarixi 19 avqust 1999(1999-08-19) (25 yaşında)
Vəfat yeri
Vəfat səbəbi avtomobil qəzası[d]
Dəfn yeri
Hərbi fəaliyyəti
Rütbəsi Gizir
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

Cəfərov Faiq Əliqulu oğlu (1 may 1974, Şiləvəngə, Cəlilabad rayonu19 avqust 1999, Azərbaycan) — gizir, Azərbaycanın Milli Qəhrəmanı (27. dekabr 1995), Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda xüsusi fəallıq göstərmiş şəxs.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Faiq Cəfərov 1974-cü il may ayının 1-də Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuşdur. 1991-ci ildə Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992-ci ilin sentyabr ayından Sərhəd Qoşunları Baş İdarəsinin Naxçıvan Sərhəd Dəstəsində hərbi xidmətə başlamışdır. Sərhəd Qoşunlarında xidmət etdiyi dövrdə Azərbaycanın cənub hüdudlarının mühafizəsində fərqlənmişdir. 1995-ci ilin mart ayında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı xüsusi qəhrəmanlıq nümunəsi göstərmiş, həmin döyüşlərdə ağır yaralandığı üçün Faiq Cəfərov ehtiyata buraxılır.[2]

Bir müddət sonra öz həyatını dövlətçiliyimiz və xalqımıza xidmət etməyə bağlayan qəhrəmanımız bir ildən sonra yenidən orduya qayıdır.

Faiq Cəfərov 1999-cu ildə avtomobil qəzası nəticəsində həlak olmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəli idi, iki övladı var.

Milli Qəhrəman[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı Fərmanı ilə gizir Cəfərov Faiq Əliqulu oğlu "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Cəlilabad rayonunda dəfn edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Cəlilabadda Аzərbаycаnın Milli Qəhrəmanı sərhədçi gizir Faiq Cəfərovun anım mərasimi kеçirilib. azertag.az". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
  2. "CƏFƏROV FAİQ ƏLİQULU oğlu. veten-ugrunda.az". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]