Araz Səlimov — Vikipediya

Araz Səlimov
Araz Bahadır oğlu Səlimov
Doğum tarixi
Doğum yeri Xocalı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (31 yaşında)
Vəfat yeri Əsgəran, Azərbaycan
Vəfat səbəbi şəhid olmuşdur
Dəfn yeri Ağdam rayonu Şəhidlər xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Mükafatları "Qızıl Ulduz" medalı

Araz Səlimov (1 iyun 1960, Xocalı, DQMV26 fevral 1992, Əsgəran, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulmuşdur. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinfini bitirmişdir. 1978-ci ildə hərbi xidmətə çağırılmışdır. 1980-ci ildə ordudan tərxis edilir və doğma yurdu Xocalıya qayıdır. Burada tərəvəzçilik sovxozunda işləməyə başlayır.

Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

1988-ci illərdən başlayaraq ermənilərin millətçilik və işğalçılıq siyasəti geniş vüsət almağa başlayanda Araz könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinə yazıldı. Cəsur döyüşçü dəfələrlə qaynar döyüşlərə girmişdi. Araz 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşdu. Vətənin cəsur oğlu onlarla dinc sakini xilas etdi. Erməni vəhşiləri onun izinə düşdülər Əsgəran rayonunda qardaşı Fəxrəddinlə Arazı vəhşicəsinə min bir əzabla qətlə yetirdilər. Xocalı faciəsi zamanı Araz Səlimovun ailəsindən üç nəfər həlak oldu: Özü, qardaşı və atası.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəli idi, üç övladı qalıb.

Milli Qəhrəman[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Səlimov Araz Bahadır oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]