Ənvər Fərəcov — Vikipediya

Ənvər Fərəcov
Ənvər Səyyad oğlu Fərəcov
Doğum tarixi 28 iyun 1952(1952-06-28)
Doğum yeri
Vəfat tarixi 11 sentyabr 1991(1991-09-11) (39 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid
Dəfn yeri
Mükafatları "Qızıl Ulduz" medalı

Ənvər Fərəcov (28 iyun 1952, Sarov, Qasım İsmayılov rayonu11 sentyabr 1991, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ənvər Fərəcov 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuş, 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1974-cü ildə mexanikləşdirmə fakültəsini bitirir və Goranboy rayonunun "Azərbaycan" kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayır. 1981-ci ildə həyatını daxili işlər orqanları ilə bağlayır.[1] 1990-cı ildə Özbəkistan Ali Milis Məktəbini bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir.

Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

18 avqust 1991-ci il. Ənvər Fərəcov yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır. 14 sentyabr 1991-ci il…Yağı düşmən böyük qüvvə ilə Goranboy rayonunun Erkəç, Mənəşli, Buzluq kəndlərinə hücuma keçmişdi. Bu, Ənvər Fərəcovun son döyüşü idi. O, bu döyüşdə Todam milis bölməsinin daha 3 əməkdaşı — mayor Hümbətov Rizvan Məşədi oğlu, kapitan Əliyev Nəsrəddin Yunis oğlu, kapitan Kamandarov Mövsüm Qasım oğlu ilə bərabər qəhrəmancasına şəhid oldu. Goranboy rayonunun Sarov kəndində dəfn edilib, şəhərdə büstü qoyulub.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı fərmanı ilə Fərəcov Ənvər Səyyad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adına layiq görülmüşdür.

Goranboy rayonunda dəfn edilmişdir.

İrsi[redaktə | mənbəni redaktə et]

Goranboy rayonunda büstü qoyulmuşdur.

Haqqında Zamin Məmmədov "Vətənə dönənim" adlı film çəkmişdir. Film 2016-cı ildə Nizami Kino Mərkəzində nümayiş olunmuşdur.[2]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ARB 24. "Milli Qəhrəman Ənvər Fərəcovun doğum günüdür" (az.). Youtube.com. 28.06.2018. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.
  2. Mirməmməd, G. Vətənin dadına yetən igid oğullar: Milli Qəhrəman Ənvər Fərəcov haqqında sənədli filmin təqdimatı: [Nizami Kino Mərkəzində Zamin Məmmədovun "Milli Qəhrəmanlar" silsiləsindən lentə aldığı "Vətənə dönənim" adlı filmin nümayişi haqqında] //Mədəniyyət.- 2016.- 20 yanvar.- S.3.