1969 — Vikipediya
İllər |
---|
1965 • 1966 • 1967 • 1968 — 1969 — 1970 • 1971 • 1972 • 1973 |
Onilliklər |
1940-cı illər • 1950-ci illər — 1960-cı illər — 1970-ci illər • 1980-ci illər |
Əsrlər |
XIX əsr — XX əsr — XXI əsr |
1969 MCMLXIX | |
Bəhai | 125 – 126 |
Benqal | 1376 |
Berber | 2919 |
Myanma | 1331 |
Bizans | 7477 – 7478 |
Buddist | 2513 |
Erməni | 1418 ԹՎ ՌՆԺԸ |
Efiopiya | 1961 – 1962 |
Hicri | 1388 – 1389 |
Hind | |
- Vikram-samvat | 2025 – 2026 |
- Şaka samvat | 1891 – 1892 |
Holosen təqvimi | 11969 |
Yəhudi | 5729 – 5730 |
İran | 1347 – 1348 |
Qibti | 1685 – 1686 |
Koreya | 4302 |
Tailand günəş | 2512 |
Hadisələr[redaktə | mənbəni redaktə et]
- Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir.[1]
- Ağstafa su anbarının istismara verilməsi.
- 14 iyul - Heydər Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın I katibi vəzifəsinə seçilməsi.
- Şirvan Dövlət Qoruğunun yaradılması.
- Abşeron yasaqlığının təşkil olunması.
- Kür-Araz ovalığının Cənub-Şərqi Şirvan düzənliyində (Bəndovan Dövlət Təbiət Yasaqlığının əsasında,1961) Şirvan Dövlət Təbiət Qoruğunun yaradılması.
- Lerik və Yardımlı rayonları ərazisində Zuvand Dövlət Təbiət Yasaqlığının yaradılması.
- İsmayıllı rayonu ərazisində İsmayıllı Dövlət Təbiət Yasaqlığının yaradılması.
- Qubadlı rayonu ərazisində Qubadlı Dövlət Təbiət Yasaqlığının yaradılması.
- Ordubad və Culfa rayonları ərazisində Ordubad Dövlət Təbiət Yasaqlığının yaradılması.
- Bakı poladtökmı zavodunun işə salınması.
Doğumlar[redaktə | mənbəni redaktə et]
- 11 fevral – Cennifer Eniston, Amerika aktrisası.
- 25 aprel – Albert Aqarunov, yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı.
- 14 may – Keyt Blanşet, avstraliyalı kinoaktrisa.
- 25 may – Enn Heç, amerikalı aktrisa.
- 26 may – Anjelika Varum, rus müğənnisi.
- 14 iyun — Elroy Çester, 44 yaşına iki gün qalmış Texasın Hantsvill şəhərindəki Texas Dövlət Həbsxanasında edam olunan bir dustaq.
- 23 iyun – Achinoam Nini, müğənni.
- 7 avqust – Aleksey Sultanov, XX əsrin ən görkəmli pianoçularından biri, SSRİ-də və ABŞ-da böyük sənətkar kimi məşhur idi.
- 21 sentyabr — İlham Abbasov, Azərbaycan idmançısı.
- 25 sentyabr – Ketrin Zeta-Cons, Böyük Britaniya aktrisası.
- 24 oktyabr – Adela Noriega, meksikalı aktrisa
- 19 dekabr – Əzizə Mustafazadə, Azərbaycan Respublikasının Xalq artisti (2018), dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı.
- 28 dekabr – Linus Torvalds, finlandiyalı proqram təminatı mühəndisi.
Vəfatlar[redaktə | mənbəni redaktə et]
- 10 iyul – Cəbrayıl Əzimov, rəssam
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Azərbaycanın Qarabağ bölgəsinin tarixi xronologiyası". 2018-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-10.