Əsgər Əliyev — Vikipediya

Əsgər Əliyev
Əsgər Ələkbər oğlu Əliyev
Doğum tarixi 8 noyabr 1974(1974-11-08)
Doğum yeri
Vəfat tarixi 17 mart 1995(1995-03-17) (20 yaşında)
Vəfat yeri
Təhsili
Mükafatları "Qızıl Ulduz" medalı

Əsgər Əliyev (8 noyabr 1974, Ləj, Lənkəran rayonu17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı.

Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə orta təhsil almışdır. Sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank–artilleriya fakültəsinin tələbəsi olur. 1995-ci ildə 17 mart tarixində Mart hadisələri baş verərkən Əsgər Əliyev Milli Ordunun əsgəri idi. Hadisə zamanı Əsgər Əliyev yaralandı, lakin 4 yaralını xilas edərkən ikinci güllə onun ömrünə son qoydu.

Subay idi.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ləj kənd qəbiristanlığında dəfn edilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]