Sergey Senyuşkin — Vikipediya

Sergey Senyuşkin
rus. Сенюшкин Сергей Александрович
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sızran, Samara, RSFSR, SSRİ
Vəfat tarixi (34 yaşında)
Vəfat yeri Xocalı, Azərbaycan
Vəfat səbəbi şəhid olmuşdur
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Hərbi fəaliyyəti
Təltifləri "Qızıl Ulduz" medalı

Sergey Aleksandroviç Senyuşkin (rus. Сенюшкин Сергей Александрович 15 sentyabr 1957, RSFSR29 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

15 sentyabr 1957-ci il Rusiyanın Samara vilayətinin Sızran şəhərində anadan olmuşdur. 1974-cü il Sızran şəhər orta məktəbini bitirmişdir.

Sergey burada Politexnik İnsitutuna daxil olur, 1975-ci ildən təhsilini Ali Hərbi Təyyarəçilər Məktəbində davam etdirir. 1979-cu ildə bu məktəbi müvəffəqiyyətlə bitirir. Sergey Mİ-8Mİ-24 vertolyotlarının uçuş proqramını peşəkar səviyyədə öyrənmişdi.

Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

1 fevral 1992-ci ildən həyatını Azərbaycanla bağlayan Sergey hərbi hissə komandiri təyin edilmişdi. Azərbaycan Hərbi Hava Qüvvələrinin yaradıcılarından hesab olunan Sergey, mülki təyyarəçilərə hərbçi təlimini keçməklə yanaşı, Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edərək çox sayda erməni döyüşçüsünü məhv etmişdi. Xocalı soyqırımı zamanı xeyli dinc sakini xilas edə bilsə də, Xocalıda ağır yaralanmış və 29 fevral 1992-ci ildə həlak olmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəli idi, iki övladı yadigar qalıb.

Milli Qəhrəman[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Senyuşkin Sergey Aleksandroviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Samara vilayətinin Sızran şəhərində dəfn edilib.

Bakının Xətai rayonunda adına küçə var.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]