İxtiyar Qasımov — Vikipediya

İxtiyar Qasımov
İxtiyar Qasım oğlu Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi 22 mart 1970(1970-03-22)
Doğum yeri
Vəfat tarixi 14 iyul 1992(1992-07-14) (22 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Rütbəsi Əsgər
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

İxtiyar Qasım oğlu Qasımov (22 mart 1970, Salahlı Kəngərli, Ağdam rayonu14 iyul 1992, Canyataq, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

22 mart 1970-ci ildə Ağdam rayonunda anadan olmuşdur. 1977-ci ildə Salahlı kənd orta məktəbinə getmiş və səkkizinci sinfə qədər burada təhsil almışdır. 1985-ci ildlə Bakıya gələrək təhsilini burada davam etdirir. 1992-ci ildə könüllü olaraq hərbi komissarlığa müraciət edərək döyüşlərə göndərilməsini xahiş edir.

Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

İxtiyarı "N" saylı hərbi hissəyə təhkim edirlər. O, ilk günlərdən özünə ad-sad qazanmışdı seçdiyi düzgün qərarın nəticəsi olaraq Qazançı kəndində ermənilərin üç PDM-si, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edildi. 1992-ci il 14 iyul tarixdə ermənilər Canyataq kəndinə hücuma keçdilər, burada bir neçə döyüşçü yaralanır onların erməni qəsbkarlarının əlinə keçməməsi üçün İxtiyar özünü qabağa ataraq əks hücumun qarşısını almağa çalışır. Yaralıları xilas edirlər İxtiyar özü isə qəhrəmancasına həlak olur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Subay idi.

Milli Qəhrəman[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Qasımov İxtiyar Qasım oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Salahlı kənd qəbristanlığında dəfn edilib.

Vaxtilə oxuduğu Salahlı kənd orta məktəbi onun adını daşıyır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]