Mirələkbər İbrahimov — Vikipediya

Mirələkbər İbrahimov
Mirələkbər Mirələsgər oğlu İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri Bakı şəhəri, Şəhidlər xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1993-1994
Rütbəsi Kapitan
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

Mirələkbər Mirələsgər oğlu İbrahimov (30 sentyabr 1961, Xalisa, Vedi rayonu5 mart 1994, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində doğulmuşdur. Birinci sinfə burada getmiş sonra Bakı şəhərinə köçmüşlər.

1978-ci ildə Bakı şəhərindəki 158 saylı orta məktəbi bitirmişdir və hərbi xidmətə getmişdir. Daha sonra Bakıda 153 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq müəllimi işləyir.

Qarabağda ermənilərin törətdikləri ağılasığmaz vəhşiliklər Mirələkbəri bərk narahat edirdi. O, könüllü olaraq cəbhəyə göndərilməsini xahiş edir.

Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

1993-cü ildə onu yenicə yaradılmış Yasamal taboruna komandir təyin edirlər. Mirələkbər öz taboru ilə Füzuli rayonunun Kürdmahmudlu, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Onun son döyüşü 5 mart 1994-cü ildə oldu. Mənfur erməni quldurları iki kəndi işğal etmişdilər əks hücuma keçən cəsur komandirin taboru kəndləri azad edir, Bu döyüşdə faşist ermənilərin gülləsinə tuş gələn Mirələkbər qəhrəmancasına şəhid oldu.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Evli idi, bir övladı yadigar qalıb.

Milli Qəhrəman[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan İbrahimov Mirələkbər Mirələsgər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Vaxtilə dərs dediyi 153 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]