Enerji — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Enerji (ἐν = daxili, və ἔργον = təsir etmək) — fiziki kəmiyyət.
Onun işarəsi E-dir. Ancaq çox vaxt müxtəlif enerji növləri üçün başqa işarələmələrdən də istifadə olunur. Beynəlxalq ölçü sistemində enerji Coul ilə ölçülür. Enerji fizikada verilmiş sistemin iş görmə qabiliyyəti kimi başa düşülür. Enerji müxtəlif formalarda yarana bilir.
Enerji anlayışı 1852-ci ildə ilk dəfə şotlandiyalı fizik Con Rankine tərəfindən ortaya atılır. Burada məqsəd qüvvəni daxili təsirdən fərqləndirmək idi. Qabaqlar enerjini qüvvə növü kimi səciyyələndirirdilər, məsələn, "saxlanmış qüvvə" kimi. Bu bir tərəfdən fiziki olaraq səhv olmuş, digər tərəfdən yalnız mexaniki enerjiyə aid edilə bilərdi. Başqa enerji (termiki, kimyəvi və b.) formalarında qüvvənin tətbiqi mənasız idi.
Enerji formaları
[redaktə | mənbəni redaktə et]Fiziki proseslərdə bir neçə enerji forması mövcuddur. Onları bir neçə qrup daxilində birləşdirmək mümkündür. Enerji forması onun daxil olduğu qrupdan asılı olmayaraq sistemin halını göstərən xarakteristik kəmiyyətdir. Burada enerjinin saxlanması qanunu hökm sürür, yəni qapalı sistemin ümumi enerjisi həmişə sabitdir. Yalnız sistemə kənardan təsir etdikdə (əlavə enerji verdikdə) onun ümumi enerjisi dəyişir.
Enerji hər yerdə var – adamlarda, mexanizmlərdə, bitkilərdə, heyvanlarda, atmosfer hadisələrindəvə s. O, nədir? Fizika nöqteyi-nəzərindən bu, iş görmək, hərəkət etmək və qarşılıqlı təsirdə olmaq qabiliyyətidir.
Enerjinin növləri çoxdur: obyektlərin hərəkəti zamanı kinetik enerji, müxtəlif maddələr qarışdıqda kimyəvi enerji, atomlar parçalandıqda nüvə enerjisi, qızdırılma zamanı istilik enerjisi yaranır.
Enerji bir növdən digər növə keçə bilmək kimi unikal xassəyə malikdir, o heç hardan yaranmır və heç hara yox olmur, sadəcə transformasiya olunur.
Mexaniki enerji
[redaktə | mənbəni redaktə et]Mexaniki sistemin enerjisini kinetik və potensial enerjinin cəmi kimi təsvir etmək olar. Bu iki məfhum klassik mexanikanın bütün sahələrində tətbiq olunur.
- Kinetik enerjiyə həm də hərəkət enerjisi deyilir. Bu bir sistemin başqa sistemə nisbətən hərəkəti zamanı öz kütləsi ilə təyin
olunur və fırlanma və düzxətli enerjilərin cəmindən ibarət olur.
- Potensial enerji həm də vəziyyət enerjisi adlanır. Mexanikada əgər bir sistem qüvvə təsiri altına düşürsə (məsələn, yerin qravitasiya sahəsi)onda potensial enerji yaranır) Em = Ec + Ep
Em mexaniki enerji, Ec kinetik və Ep potensial olduğu yerdədir. Kinetik enerji düsturunu başqa bir yazıda gördük. Cazibə potensialı enerjisindən bəhs edərkən, hündürlük və cazibə kütləsi nəticələrindən danışırıq. Bu vahidlərin vurulması bizə bir obyektin potensial enerjisini göstərir.[1]
Elektrik enerjisi
[redaktə | mənbəni redaktə et]- Elektrik enerjisi elektrik yüklərin elektrostatik sahədə malik olduqları potensial enerjisir. Onları ancaq böyük həddə saxlamaq mümkün deyil. Elektrik stansiyalarında və batareyyalardan bu enerji istilik və yakimyəvi enerjidən alınaraq istehlakçılara çatdırlır və orada başqa enerji formalarına çevrilir. Maqnit enerji yalnız maqnit sahələrində mövcuddur.
Daxili enerji
[redaktə | mənbəni redaktə et]- Termiki enerjinin, maqnit sahəsində yaranan enerji, kimyəvi və atomar enerjilərin cəmi daxili enerji adlanır. Burada söhbət kinetik və potensial enerjidən kənara çıxır. Ona çox vaxt molekulların kinetik enerjiləri və onların qarşılıqlı potensial enerjilərinin də cəmi kimi baxılır. Cismi təşkil edən bütün zərrəciklərin kinetik və potensial enerjilərinin cəmi – cismin daxili enerjisidir. Lakin ideal qazın molekullarının qarşılıqlı təsiri nəzərə alınmır, ona görə də molekulların potensial enerjisi sıfır qəbul olunur.[2]
İstilik enerjisi
[redaktə | mənbəni redaktə et]- Termiki və ya istilik enerjisi materialın tərkibində atom və ya molekulaların qarışıq (xaotik) hərkəti zamanı yaranır. Termiki enerjinin yaranması termodinamikada bəhs olunur. Buna misal olaraq, buzun əriməsi və buxarın əmələ gəlməsində enerjinin daxil edilməsi zamanı baş verən prosesləri göstərmək olar.
Potensial enerji
[redaktə | mənbəni redaktə et]- Cismin və ya onun hissəciklərinin qarşılıqlı təsiri zamanı malik olduğu enerji "potensial enerji" adlanır (lat."potenita"-güc, imkan).
Kinetik enerji
[redaktə | mənbəni redaktə et]- Cismin hərəkət enerjisi "kinetik enerji" adlanır (yun."kinetikos-hərəkətə gətirən). Öz hərəkəti zamanı cismin malik olduğu enerjiyə kinetik enerji deyilir.[3]
Enerji istehlakçısı
[redaktə | mənbəni redaktə et]BP şirkətinin tədqiqatına görə 2010-cu ilin yekununa görə Çin dünyada enerji istehlakına görə birinciliyə çıxdı. Çin dünya enerji istehlakının 20,3%, ABŞ isə 19%. malikdir. Ötən ilə qədər bu birincilik ABŞ-də idi.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Mexanik enerji" (az.). www.renovablesverdes.com. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2023.
- ↑ "Daxili enerji" (az.). fizika.xyz. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2023.
- ↑ "Kinetik enerji" (az.). fizika.xyz. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2023.
- ↑ "Arxivlənmiş surət". 2015-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-08.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Friedhelm Kuypers: Physik für Ingenieure und Naturwissenschaftler: Band 1 — Mechanik und Thermodynamik.. John Wiley & Sons, 4. Oktober 2012
- Сердцева Наталья Петровна. 99 секретов науки. Москва: Издательство "Э", 2017, 224 с.