Virusologiya — Vikipediya
Əhalinin heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsində mühüm amil onların baş sayının qorunub saxlanması və böyük iqtisadi ziyana səbəb olan infeksion xəstəliklərin baş verməsinin qarşısının alınmasıdır. Məhz bu tələbatdan baytarlıq virusologiyası digər biologiya və baytarlıq fənləri arasında nisbətən son dövrlərdə yaranmasına baxmayaraq sürətlə inkişaf edir. Müasir baytar həkimi infeksion xəstəliklərin təkcə kliniki-patoloji tərəfini yox həm də virusların xüsusiyyətlərini, laboratoriya diaqnostika üsuüllarını, həmçinin postinfeksion və postvaksinal immunitetin xüsusiyyətlərini də bilməlidirlər. Bəzi virus ailəsi və cinsi heyvanlardan əlavə insanlar üçün də patogen olduğuna görə, həmin xəstəliklərin öyrənilməsi mühüm epidemioloji əhəmiyyətə malikdir. Virusların kəşfi rus alimi-botaniki D.İ.İvanovskinin adı ilə bağlıdır. Hal-hazırda dəqiq şəkildə müəyyən edilmişdir ki, şiş xəstəlikləri həm RNT və həm də DNT-li viruslar tərəfindən törədilir. XX əsrin taunu» kimi qeyd olunan qazanılmış immunitetin çatışmazlığı sindromu xəstəliyinin də viruslar tərəfindən törədilməsi müəyyən edilmişdir. Qrip virusunun insanlardan ayrılan ştamlarının hevanlar arasında miqrasiyası epizootoloji baxımdan az əhəmiyyətli deyildir. D.İ.İvanovski 1892-ji ildə mikroorqanizmlərin xüsusi bir növü olan virusları kəşf etdi. Xəstə tütün yarpağının şirəsinin bakterioloji müayinəsi zamanı o bakteriya aşkar etməmiş, ancaq şirə yoluxdurucu xüsusiyyətə malik olmuşdur. O, xəstə yarpağın şirəsini Şamberlan süzgəcindən keçirmiş və filtratın yenədə yoluxdurucu qabiliyyətini qeyd etmişdir. Həmin şirədən müxtəlif qida mühitlərinə əkmiş və heç bir boy əldə etməmişdir. D.İ.ivanovski belə bir nəticəyə gəlmişdir ki, tütünün mozaika xəstəliyinin törədicisi qeyri adi təbitə malikdir. Yəni bakterial süzgəcdən süzülür və süni qida mühitlərində boy vermir. O bu yeni tip törədicini süzülən bakteriya adlandırmışdır.1898-ji ildə F.Leffler və P.Froş dabağın törədicisinin də bakterial süzgəcdən keçməsini qeyd etmişlər. İvanovski belə bir nəticəyə gəlmişdir ki, mozaika xəstəliyi və dabağın törədicisi eyni xüsusiyyətə malikdir.
1917-ci ildə isə F.D’Errel bakteriyaları məhv edən xüsusi bir virusu-bakteriofaqı aşkar etmişdi. Demək viruslar bitkilərin, heyvanların və bakteriyaların xəstəliklərini törədir. «Virus» sözü zəhər mənasını verir və ilk dəfə L.Paster tərəfindən işlədilmişdir. Virusologiyanın inkişaf tarixini şərti olaraq bir neçə mərhələyə bölmək olar. Orqanizm səviyyəsində. (XX əsrin 30-40-cı illəri) Virusologiyanın bir çox sahələrinin öyrənilməsi üçün əsas eksperimental model kimi laboratoriya təcrübə heyvanlarından istifadə edildi. 40-cı illərdə isə eksperimental model kimi amerika alimləri E.Qudpasçur və A.Vudruffun təklif etdikləri toyuq embrionlarından istifadə olundu. Laboratoriya təcrübə heyvanlarına nisbətən toyuq embrionları bir çox viruslara daha çox həssaslığı ilə özünü göstərdi. Afstraliya virusoloqu və immunoloqu F.M.Bernetin «Virus orqanizm kimi» kitabı, toyuq embrionlarının virusologiyada istifadəsində daha böyük rol oynadı.
1932-ci ildə alman alimləri M.Knoll və E.Ruska tərəfindən elektron mikroskopu ixtira edildi ki bu da virusların morfologiyası, fiziologiyası və başqa xüsusiyyətlərinin öyrənilməsinə imkanlar yaratdı. 1941-ci ildə amerika virusoloqu Xerstom tərəfindən hemaqqlütinasiya fenomeni kəşf edilmiş və bunun əsasında da virusla hüceyrənin qarşılıqlı əlaqə formaları öyrənilmişdir. Bu dövrdə təbii ocaqlı infeksion xəstəliklərin öyrənilməsi, virusologiyanın inkişafına daha böyük təkan oldu. Beləki, 1937-ci ildə L.A.Zilberin rəhbərliyi ilə ilk ekspedisiya yaradılmış və ekspedisiyanın fəaliyyəti nəticəsində bir sıra ensefalitlərin törədicilərinin virus olması müəyyən edilmişdir. 1923-cü ildə rus alimi M.A.Morozovun insanların çiçək xəstəliyinə qarşı təklif etdiyi vaksinin köməyi ilə postsovet məkanında qeyd olunan xəstəlik tamamilə ləğv edilmişdir. 1935-ci ildə P.V.Smirnov ilk dəfə olaraq qızılca virusunu kəşf etmiş və həmin xəstəliyə qarşı diri virus vaksin hazırlamışdır.
Hüceyrə səviyyəsində. (XX əsrin 50-ji illəri) 1949-cu ildə virusologiyanın tarixində çox mühüm əhəmiyyətə malik olan hadisə - hüceyrələrin süni şəkildə yetişdirilməsi imkanı kəşf edildi. 1952-ci ildə hüceyrə kulturalarını əldə etmək metodikasına görə c.Enders, T.Ueller və F.Robbins Nobel mükafatına layiq görülmüşlər. Hüceyrə kulturalarının virusologiyada istifadə olunması ilə əlaqədar olaraq bir çox viruslar aşkar edilmiş və onların xüsusiyyətləri öyrənilmişdir. Nəticədə kultural vaksinlər əldə edilmişdir.
Molekulyar səviyyə. (XX əsrin 60-jı illəri). Bu dövrdə virusologiyada molekulyar biologiyadan istifadə edildi və viruslar olduqca sadə quruluşa malik olduqları üçün, molekulyar biologiyanın bir çox məsələlərinin öyrənilməsində bioloyi model rolunu oynadı. Molekulyar biologiyada əldə edilən nailiyyətlərin heç biri xüsusilə
genetik kodun kəşfi virus genomunun hüceyrə daxili ekspresiyya mexanizmi, DNT-nin replikasiyası, məlumat RNT-nin yetişməsi və s. proseslərin kəşfində virus modeli əsas rola malik olmuşdur.
Submolekulyar səviyyə (XX əsrin 70-ji illəri) Molekulyar biologiyanın sürətli inkişafı ilə əlaqədar olaraq, nuklein turşuları və zülalların sturukturunun zülalda amin turşularının ardıcıllıq prinsiprəri öyrənilmişdir. Azərbaycanda 1967-ci ildə buzovların bronxopnevmoniyası zamanı M.Q.Qəniyev və N.A.Əliyeva tərəfindən adenoviruslar ailəsinə mənsub olan virus ayrılmış, qoyunların viruslu balasalmasını Q.Sarıyev öyrənmişdir. Quşların çiçəyinə qarşı F.B.Şirinov tərəfindən 27 AŞ və Bakı ştam vaksinləri əldə edilmişdir.Professor R.K.Səfərov heyvanların quduzluq əleyhi vaksininin müəlliflərindəndir. Virusologiya bir sıra bioloji elmlərlə xüsusilə mikrobiologiya, epizootologiya, baytarlıq genetikası, epidemiologiya, sitologiya, embriologiya, molekulyar biologiya, bioloji kimya vo s. fənlərlə sıx surətdə bağlıdır.