Meşə yanğınları — Vikipediya
Meşə yanğınları — əsasən kortəbii hadisələrlə yayılan yanğına deyilir. Meşə yanğınları ən çox əhalinin təqsiri üzündən baş verir (meşədə tonqal qalamaq, ov etmək, ot çalmaq və s.). Meşə yanğını zamanı canlı və ölü örtük, töküntü, yarpaq, budaqlar, meşə döşənəyi və s. yanır. Meşə yanğınları meşə təsərrüfatına böyük ziyan vurur: çoxlu oduncaq məhv olur, meşənin tərkibi pisləşir, ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur və s. Meşə yanğınlarına qarşı mübarizə meşə təsərrüfatları tərəfindən yerinə yetirilir.[1]
Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan vurur. Bununla bağlı əvvəlcə bəzi məqamlara diqqət yetirmək istərdik. Bu gün dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektar təşkil edir. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür. 2005-ci ilin məlumatına görə isə ərazisi 211.887 km2 olan Türkiyə 27,20 faiz təşkil edir.[2]
Meşə yanğınlarının əsas baş vermə səbəbləri
[redaktə | mənbəni redaktə et]- Meşədə təhlükəsizlik tədbirləri görülmədən ocaq qalanması.
- Qalanan oçağın söndürülmədən tərk edilməsi.
- Söndürülməmiş siqaret və ya kibriti meşəyə atmaq.
- Meşədə gecə gəzintisi zamanı, fakeldən istifadə etmək.
- Şüşə qırıqlarını meşəyə tullamaq. Şüşə qırıntılarından çıxan şüaların meşədə əks olunması ilə yanğın baş verə bilər.
- Uşaqların meşədə odla oynamaları.
- Əyləncə məqsədilə meşədə təhlükəsiz şəraitdə oçaq qalamaq.
Qalereya
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
- ↑ "Meşə yanğınlarl". 2022-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-13.