Kömək:Məqalələrin redaktə qaydaları — Vikipediya

Qısa keçid yönləndirmə

Vikipediya fəlsəfəsinin əsasında hər kəsin yeni məqalə yaradacağı və əvvəlkiləri redaktə edə biləcəyi azad bir ensiklopediya durur. Azərbaycan Vikipediyası da bu fəlsəfəni əsas tutur. Ona görə də Vikipediyanı zənginləşdirmək və onu redaktə etmək istəyən hər bir kəsin redaktə qaydaları ilə tanış olması zəruridir. Redaktə qaydaları çox sadədir.

Tanışlıq

Əksər Vikipediya məqalələrini redaktə etmək elə də çətin deyil. Sadəcə məqalələrin yuxarı hissələrində olan "Redaktə" düyməsini basın. Bu, Sizi yeni bir səhifəyə - məqalənin redaktə səhifəsinə istiqamətləndirəcək. Əgər Siz sadəcə sınaq yazısı yazmaq istəyirsinizsə, lütfən bunu "Qaralama dəftəri"ndə edin, məqalələrə müdaxilə etməyin. Məsləhətdir ki, redaktədən sonra etdiyiniz dəyişikliklərin qısa məzmununu altdakı qutuda yazasınız. Etdiyiniz dəyişikliklərin yaddaşa düşmədən necə görünəcəyini bilmək istəyirsinizsə Sınaq göstərişi düyməsindən istifadə edə bilərsiniz.

Həmçinin etdiyiniz dəyişikliklər olan versiyanı və əvvəlki versiyaları müqayisə etmək üçün Dəyişiklikləri göstər düyməsindən istifadə edin. Bu mərhələləri keçdikdən sonra (bu Sizdən asılıdır, istəsəniz dərhal dəyişiklikləri saxlaya bilərsiniz) cəsarətli olun və "Səhifəni qeyd et" düyməsini basın. Sizin dəyişiklikləriniz ani olaraq qeyd edilir və Vikipediyanın digər istifadəçilərinin istifadəsinə verilir.

Məqalələrdə həmçinin müzakirə səhifəsi olur. Müzakirə səhifələrində adətən Vikipediyanın digər iştirakçılarının bu məqalə haqqında yazışmaları, mübahisələri öz əksini tapır. Siz də bu yazışmalarda iştirak edə və ya hər hansısa bir məsələni müzakirəyə çıxara bilərsiniz.Bundan ötrü "+" düyməsini basıb yeni sektor yarada və ya "Redaktə" düyməsini basmaqla adi məqalə kimi redaktə edə bilərsiniz.

Bir məsələni də bilməyiniz vacibdir. Müzakirə, məktublaşma və bəzi bir neçə əlavə viki-layihələr zamanı imzanızı qeyd edin (bunun üçün İmza və Tarix düyməsindən istifadə olunur). Çünki, Siz həmin səhifələrdə öz şəxsi, subyektiv fikrinizi bildirirsiniz və yazılmış sözün kimə aid olduğunu bilmək digər istifadəçilər üçün vacibdir. Lakin, bu qayda ensiklopedik məqalə səhifələrinə aid edilmir. Edilmiş hər bir dəyişiklik Tarixçə-yə qeyd edilir.

Kiçik redaktələr

Kiçik redaktələr əsasən bu hallar hesab olunur: mətnin kompüterə yığımı zamanı edilən səhvlərin düzəldilməsi, məzmuna dəyişiklik etmədən mətndəki şəklinin dəyişilməsi və s. Əgər redaktə edən onun etdiyi dəyişikliklərin heç bir zaman müzakirə mövzusu olmayacağına inanırsa, o, kiçik redaktə yazısının qarşısından işarə qoya bilər.

Səhifə izləmə

Əgər yaratdığınız və ya redaktə etdiyiniz məqalələrə edilən dəyişiklik Sizi maraqlandırırsa onda Bu səhifəni izlə yazısının qarşısından işarə qoyun. İzlədiyiniz səhifələr sizin üçün ayrıca səhifədə göstəriləcək, həmçinin Son dəyişikliklərdə həmin məqalələrin adları qalın mətnlə yazılacaq.

Viki qeydlər

Keçidlər, imzalar və abzaslar

Alınan Nəticə Yazılan Mətn
Yazını bölmələrə və ya başlıqlara ayırmaq üçün istifadə edilir:

Başlıq
Alt başlıq
Alt alt başlıq
== Başlıq ==  === Alt başlıq ===  ==== Alt alt başlıq ====
  • Siyahıları asanlıqla yarada bilərsiniz
  • Bunun üçün hər bir sətirin önünə ulduz əlavə edin
    • ulduzların sayı siyahıdakı dərinliyi müəyyən edir
* Siyahıları asanlıqla yarada bilərsiniz * Bunun üçün hər bir sətrin önünə ulduz əlavə edin ** ulduzların sayı siyahıdakı dərinliyi müəyyən edir 
  1. Həmçinin nömrələnmiş siyahılar yarada bilərisiniz
    1. struktur üçün idealdır
    2. və asanlıqla yaradılır
# Həmçinin nömrələnmiş siyahılar yarada bilərisiniz ## struktur üçün idealdır ## və asanlıqla yaradılır 
Üfüqi bölgü xətti üçün
simvolundan istifadə edin
Üfüqi bölgü xətti üçün ---- simvolundan istifadə edin 
İmzanızı əlavə etmək üçün:

Rustam

İmza və vaxtı əlavə etmək üçün:
Rustam 00:48, Yan 27, 2006 (AZT)

Yalnız vaxtı əlavə etmək üçün:
00:48, Yan 27, 2006 (AZT)

İmzanızı əlavə etmək üçün: ~~~ İmza və vaxtı əlavə etmək üçün: ~~~~ Yalnız vaxtı əlavə etmək üçün: ~~~~~ 

Tarix formatları:

  1. 20 yanvar, 1990
  2. 20 yanvar 1990
Tarix formatları: # [[20 yanvar]], [[1990]] # [[20 yanvar]] [[1990]] 
Azərbaycanın paytaxtı Bakı şəhəridir
Azərbaycanın paytaxtı [[Bakı]] şəhəridir
Bakı şəhəri Azərbaycanın paytaxtıdır
Bakı şəhəri [[Azərbaycan]]ın paytaxtıdır
Bir sözün bir neçə yazılış forması ola bilər. O zaman onları bir yerə yönəltmək zərurəti yaranır.

"ABŞ" başlıqlı məqaləni "Amerika Birləşmiş Ştatları" başlıqlı məqaləyə yönləndirmək üçün, birincini sağdakı mətn ilə əvəz edin.
#REDIRECT [[Amerika Birləşmiş Ştatları]]
Başqa dildə mövcud olan eyni başlıqlı məqaləyə keçid əlavə etmək üçün aşağıdakı keçid növündən istifadə edin:
[[dilin kodu:Başlıq]]
[[ar:باكو]] [[en:Baku]] [[ru:Баку]] 
Məqaləni bu və ya digər kategoriyaya aid etmək üçün sağdakı nümunədən istifədə edin.
[[Kateqoriya:Azərbaycan]]
Məqalədə bu və ya digər kategoriyaya keçid əlavə etmək üçün sağdakı nümunədən istifədə edin.
[[:Kateqoriya:Azərbaycan]]
Xarici, qeyri-viki keçidlərini əlavə etməyin üç yolu:
  1. Görünən keçid: http://az.wikipedia.org (tərcih olunmur)
  2. Adsız keçid: [1] (yalnız mətnin daxilində)
  3. Adlı keçid: Vikipediya
#Görünən keçid: http://az.wikipedia.org (tərcih olunmur) #Adsız keçid: [http://az.wikipedia.org ] (yalnız mətnin daxilində) #Adlı keçid: [http://az.wikipedia.org Vikipediya] 

Şəkillər

Alınan Nəticə Yazılan Mətn
Şəkil:
Şəkil: [[Şəkil:Wikipedia-logo-az.png]]
Sağ tərəfdə yerləşən və başlığı olan şəkil:
Vikipediya Ensiklopediyası
Sağ tərəfdə yerləşən və başlığı olan şəkil: [[Şəkil:Wikipedia-logo-v2-az.png|frame|right|Vikipediya Ensiklopediyası]]
Sol tərəfdə yerləşən və başlığı olan şəkil:
Vikipediya Ensiklopediyası
Sol tərəfdə yerləşən və başlığı olan şəkil: [[Şəkil:Wikipedia-logo-v2-az.png|frame|left|Vikipediya Ensiklopediyası]]
Şəkil 30 pikselədək kiçildildi:

Şəkil 30 pikselədək kiçildildi: [[Şəkil:Wikipedia-logo-az.png|30px]]

Yazının formatlaşdırılması

Alınan nəticə Yazılan mətn

kursiv mətnlər
qalın mətnlər
qalın mətn və kursiv mətn birlikdə

Bu işarələr ikiqat və ya üçqat apostroflardır, dırnaq deyildir.

''kursiv mətnlər''<br /> '''qalın mətnlər'''<br /> '''''qalın mətn və kursiv mətn birlikdə'''''.
Texniki terminlər üçün eyniölçülü yazılar.
<tt>Texniki terminlər üçün</tt> eyniölçülü yazılar.
Siz həmçinin kiçik tekstlərdən başlıqlar üçün istifadə edə bilərsiniz.
Siz həmçinin <small>kiçik tekstlərdən</small> başlıqlar üçün istifadə edə bilərsiniz.
Siz silinmiş materialın üzərindən yeni materialın altından xətt çəkə bilərsiniz.
Siz <strike>silinmiş materialın üzərindən</strike> və ya <u>yeni materialın altından</u> xətt çəkə bilərsiniz.
Siz həmçinin xüsusi simvollardanda istifadə edə bilərsiniz Bax Vikipediya:Xüsusi simvollar
Alt indeks: x2

Üst indeks: x2 və ya x²

İkinci üsuldan siz ümumi hallarda istifadə edə bilərsiniz, lakin bəzi hallarda (məsələn, ölçü vahidləri üçün) məhz bu üsuldan istifadə etmək lazımdır ki, bəzi Brauzerlər (Browser) onu oxuya bilsinlər.:

ε0 = 8.85 × 10−12

C² / J m.
Alt indeks: x<sub>2</sub> Üst indeks: x<sup>2</sup> və yax&sup2; &epsilon;<sub>0</sub> = 8.85 &times; 10<sup>&minus;12</sup> C&sup2; / J m.

Mürəkkəb formullar:
  

   <math>\sum_{n=0}^\infty \frac{x^n}{n!}</math> 

Məqalələrə şərhlərin yazılması:
Səhifədə görsənmir

Redaktələr zamanı yazıla bilər.

<!-- Şərh -->