Paleontologiya — Vikipediya
Geomorofloji termin[redaktə | mənbəni redaktə et]
Paleontologiya - (rus. палеонтология, ing. palaeontology) Yerin tarixinin tədqiqi ilə əlaqədar, orqanizm qalıqları və onların fəaliyyətinin izləri əsasında geoloji keçmişin canlı aləmini və onun inkişaf qanunauyğunluqlarını öyrənən elm. P. bioloji elmlər sırasına aiddir və iki hissəyə bölünür: paleozoologiya və paleobotanika. P. Geoxronologiyanın və stratiqrafik tədqiqatların əsasını təşkil edir.[1]
Paleontologiya[redaktə | mənbəni redaktə et]
(q.yun. παλαιοντολογία)[2] — tapılmış bitki və heyvan qalıqları əsasında onların xarici görünüşünün bərpa olunması, bioloji xüsusiyyətlərini, qidalanma tərzini, çoxalmasını, bu məlumatlar əsasında bioloji təkamülün gedişatını və s. öyrənən elm sahəsidir. Yunan dilində palaios (qədim), onto (varlıq) və logos (elm) sözlərindən meydana gəlmişdir. Qədim canlıları araşdıran bir elm sahəsi olan paleontologiya və ya "fosil" stratiqrafiya, sedimentologiya, tarixi geologiya, biologiya, ekologiya, coğrafiya, klimatologiya ilə əlaqəlidir. Paleontologiya elmi daş elmi olaraq da tanınır. Başqa sözlə, ölmüş canlıların "fosil" olaraq adlandırılan daşlaşmış qalıqlarına ya da izlərinə əsaslanaraq geoloji zamanda yaşamış olan canlıların ən sadəsindən ən mürəkkəb formalarını, növ və formaları, həyat şəraiti, ortaya çıxdıqları və yox olmaları ilə zaman və məkandakı yayılmalarını araşdıran elm sahəsidir.
Müasir paleontologiya arxeloji qazıntılar zamanı aşkar edilmiş orqanizmlərin qalıqları haqqında[3], və ya qədim orqanizmlər haqqında elmdir.[4].
Paleontologiya elmi iki yerə bölünür:
- Makropaleontologiya: Mikroskopda tədqiq edilməsi mümkün olmayan makro ölçülərdəki adi gözlə görünən fosilləri araşdıran paleontologiyanın yarım bölməsidir.
- Mikropaleontologiya: Əyani şəkildə adi gözlə müşahidə edilməyən, amma mikroskopla araşdırıla bilən fosilləri öyrənən paleontologiyanın yarım bölməsidir.
Paleontologiya ilə əlaqəli elm sahələri[redaktə | mənbəni redaktə et]
- Sistematik Paleontologiya - Fosillərin morfologiyasını və mövcuddursa, anatomik məlumatlarını sistemləşdirib nəsil fərqliliklərinin pillələrini müəyyən edərək onları adlandırır.
- Stratiqrafik Paleontologiya – Fosillərin şaquli ardıcıllığını araşdırır.
- Paleoekologiya - Fosil orqanizmlərin paleofizika və paleobiotik ətraf mühiti ilə olan əlaqələrinin araşdıraraq fosillərin harada və necə yaşadığını öyrənən elm sahəsidir.
- Paleobiocoğrafiya – Fosillərin coğrafi və üfüqi ardıcıllığını araşdırır.[5]
Mənbə[redaktə | mənbəni redaktə et]
- Янин Б. Т. Терминологический словарь по палеонтологии Arxivləşdirilib 2009-10-19 at the Wayback Machine
- Сенников А., Макаров О. Откуда пришли кости ящеров? // «Популярная механика», № 4, 2009.
Xarici keçid[redaktə | mənbəni redaktə et]
- Проблемы эволюции (сайт)
- Теория эволюции как она есть (сайт)
- Международная Стипендия имени известного якутского палеонтолога Петра Лазарева для молодых ученых со всего мира, занимающихся изучением мамонтовой фауны Arxivləşdirilib 2014-04-07 at the Wayback Machine (сайт)
- «Аммонит.ру» (палеонтологический портал)
- Палеонтологический институт РАН
- Электронная палеонтологическая библиотека
- Сайт юрского периода
- Smithsonian's Paleobiology website
- University of California Museum of Paleontology FAQ About Paleontology
- The Paleontological Society
- The Palaeontological Association
- The Paleontology Portal
- "Geology, Paleontology & Theories of the Earth", a collection of more than 100 digitised landmark and early books on Earth sciences at the Linda Hall Library
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Paleontologiya // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.
- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-10.
- ↑ Давиташвили Л. Ш. Палеонтология // БСЭ. 2-е изд. 1955. Т. 31. С. 591-597.
- ↑ Палеонтология // Палеонтологический словарь. М.: Наука, 1965. C. 225
- ↑ "Arxivlənmiş surət". 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-10.