Ətraf mühit — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ətraf mühit — insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir.
Alimlər ətraf mühiti təbii mühit və süni mühit olaraq iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılmışdır.
Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühitin obyektləridir.
Artıq XX əsrin ortalarında ekoloji böhran özünü bildirməyə başladı. Bu dövrü, ətraf mühitin nəzarətsiz istismarının get-gedə artması dövrü kimi qiymətləndirmək olar.
Ətraf mühitin növləri
[redaktə | mənbəni redaktə et]İntral (daxili) mühit
[redaktə | mənbəni redaktə et]Digər orqanizmlərin daxilində yaşayan endo parazitlərin mühiti[1]
Ekzal mühit
[redaktə | mənbəni redaktə et]Digər orqanizmlərin bədəninin xaricində yerləşən örtüklə (tük, lələk, yun və s.) təmasda olduqda yaranan mühit;
Biosenotik mühit
[redaktə | mənbəni redaktə et]Biosenozun bütün biotalarında yaranan mühit; xarici mühit-biosenozlann xaricində yerləşən mühit.
Aqressiv mühit
[redaktə | mənbəni redaktə et]Təmasda olduğu elementə dağıdıcı təsir göstərən mühit;
Dispers mühit
[redaktə | mənbəni redaktə et]Dispers sistemin fasiləsiz fazası, həcminə görə dispers faza paylanır;
Turş mühit
[redaktə | mənbəni redaktə et]Hidrogen göstəricisi (pH) 7-dən aşağı olan mühit;
Susuz mühit
[redaktə | mənbəni redaktə et]Tərkibində su olmayan və ya həlledici komponent kimi su olan mühit;
Neytral mühit
[redaktə | mənbəni redaktə et]Hidrogen göstəricisi (pH) 7 — yə bərabər olan mühit;
Qida mühiti
[redaktə | mənbəni redaktə et]Mikroorqanizmlər yetişdirilən maye və ya bərk qarışıq;
Təbii mühit
[redaktə | mənbəni redaktə et]Texnoloji fəaliyyətin məhsulu olmayan ətraf mühitin bir hissəsi;
Qələvi mühit
[redaktə | mənbəni redaktə et]Hidrogen göstəricisi (pH) 7 — dən artıq olan mühit;
"İnsan-ətraf mühit" sistemi
[redaktə | mənbəni redaktə et]Həyat dövrəsində insan və ətraf mühit daim hərəkətdə olan "insan-ətraf mühit" sistemi təşkil edir. Belə bir sistem daxilində olan insan hər zaman minimum məsələni həll etməli olur:
- özünün qidaya, suya və havaya olan tələbatını təmin edir;
- məskunlaşma mühiti və insanlar tərəfindən özünə qarşı neqativ təsirlərdən qorunma sistemi yaradır və istifadə edir.
Ətraf mühitə xas olan neqativ təsirlər dünya durduqca mövcuddur. Biosferdə təbii neqativ təsirlərin mənbəyi iqlimin dəyişməsi, tufanlar, zəlzələlər və s.-dir. Həyat uğrunda mübarizə insanı bu təsirlərdən qorunma vasitələrini axtarıb-tapmağa və təkmilləşdirməyə daim vadar edirdi. Əsrlər ötdükcə yaşayış məskəni kimi evlərin yaradılması, oddan və digər müdafiə vasitələrdən geniş istifadə olunması, qida hazırlanmasında üsul və vasitələrin təkmilləşdirilməsi insanı təbii neqativ təsirlərdən qorumaqla yanaşı ətraf mühitə də təsir edirdi. Əsrlər boyunca insanın yaşam mühiti dəyişir, dəyişməyən neqativ təsirlərin növü və səviyyələri idi. XX əsrdə Yer üzündə biosferin yüksək çirklənməsi zonaları yarandı, bu isə, öz növbəsində qismən və hətta tam regional tənəzzülə səbəb oldu. Bu kimi dəyişikliklərə:
- Yer əhalisi sayının yüksək artım sürəti (demoqrafik partlayış) və onun urbanizasiyası;
- istehlak artımı və enerji mənbələrinin təmərküzləşməsi;
- sənaye və kənd təsərrüfatı istehsalının intensiv inkişafı;
- nəqliyyat vasitələrindən kütləvi istifadə;
- hərbi məqsədlərə və digər proseslərə xərclərin artımı səbəb oldu.[2]
Ətraf mühit şəraitinin indikatoru, indikator orqanizm
[redaktə | mənbəni redaktə et]Ətraf mühit keyfiyyətini səciyyələndirən orqanizm və ya orqanizm qrupu.
Ətraf mühit üzrə BMT-nin proqram; — UNEP (United Nation Environment Proqram)
[redaktə | mənbəni redaktə et]BMT-nin ətraf mühit üzrə (1972) Stokholm Konfransının təşəbbüsü və BMT Baş Assambleyasının qərarına (1973) əsasən başlanan Dövlətlərarası Proqram, müasir ekoloji böhranın daha gərgin problemlərinə həsr olunmuşdur: planetin səhralaşması, torpağın deqradasiyası, Yer kürəsinin meşəsizləşdirilməsi, şirin suların keyfiyyətinin kəskin pisləşməsi və miqdarının azalması, Dünya okeanının çirklənməsi və s. Proqramda dünyanın 58 dövlətinin nümayəndəsi iştirak edir, BMT-nin Baş Assambleyası tərəfindən üç ildən bir seçilir, UNEP-in mənzil ştabı Nayrobidə (Keniya) yerləşir.
Ətraf mühit sənəti
[redaktə | mənbəni redaktə et]Ətraf mühit sənəti həm sənətdə təbiətə tarixi yanaşmaları, həm də daha yeni ekoloji və siyasi motivli iş növlərini əhatə edən bir sıra bədii təcrübədir.
Tarixi Ətraf mühit sənətinin əcdadlarımızın paleolit dövrünə aid mağara rəsmləri ilə başladığını iddia etmək olar. Heç bir mənzərə (hələ) tapılmasa da, mağara rəsmləri heyvanlar və insan fiqurları kimi erkən insanlar üçün vacib olan təbiətin digər aspektlərini təmsil edirdi. "Onlar təbiətin tarixdən əvvəlki müşahidələridir. Bu və ya digər şəkildə təbiət əsrlər boyu yaradıcılıq sənətinin üstün mövzusu olaraq qalmışdır."[6] Ətraf mühit sənətinin daha müasir nümunələri mənzərə rəsmləri və təsvirlərindən qaynaqlanır. Rəssamlar yerində rəsm çəkərkən ətraf mühit və onun havası ilə dərin əlaqə yaratdılar və bu yaxın müşahidələri öz kətanlarına daxil etdilər. Con Konsteblin səma rəsmləri "təbiətdə səmanı ən yaxından təmsil edir".[7] Monenin London seriyası da rəssamın ətraf mühitlə əlaqəsini nümunə göstərir. "
Ekoloji Sənət "Ətraf mühit sənəti" termini çox vaxt "ekoloji" problemləri əhatə edir, lakin onlara xas deyildir.[5] O, ilk növbədə təbii materiallardan istifadə edərək rəssamın təbiətlə əlaqəsini qeyd edir.[1][2] Konsepsiya ən yaxşı tarixi yer/Torpaq sənəti və inkişaf edən ekoloji sənət sahəsi ilə münasibətdə başa düşülür. Bu sahə, ekoloji sənətçilərin elm və fəlsəfədən gələn fikirləri qəbul etməsi faktında fənlərarasıdır. Təcrübə ənənəvi medianı, yeni medianı və istehsalın tənqidi sosial formalarını əhatə edir. İş kənddən tutmuş şəhərətrafı və şəhər, eləcə də şəhər/kənd sənayesinə qədər bütün landşaft/ekoloji şəraiti əhatə edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Məmmədov Q. Ş. Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğıt Bakı 2008
- ↑ "Təhlükəsiz həyat fəaliyyəti elmi əsaslar üzərində qurulmalıdır". 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-30.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Ekologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |