Hacı Qayıb məscidi — Vikipediya

Hacı Qayıb məscidi
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi 1898
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
İstinad nöm.2356
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli

Hacı Qayıb məscidi — 1898-ci ildə tikilmiş və İçərişəhərdə yerləşən tarix-memarlıq abidəsi.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda yaşayış evi kimi istifadə olunur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Hacı Qayıb məscidi 1898-ci ildə Hacı Qayıbın sifarişi ilə İçərişəhər ərazisində Mirzə Mənsur, 41 ünvanında tikilib.[1] Məhəmməd məscidi yaxınlığında yerləşir və binanın baş fasadı cənub-qərbə baxır. Məscid klassik üslubdadır, bir mərtəbəlidir və minarəsi yoxdur.[1] Fasadın cənub-şərq divarında Mirzə Mənsur küçəsi tərəfdə yerləşən portalının divarı üzərində kitabə mövcud olub.[2]

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[3] 1935-1937-ci illərdə məscidin divar yazıları və üzərində olan kitabələr məhv edilib. Qapısı ilə pəncərəsinin yeri dəyişdirilib. 1976-1978-ci illərdə məscidin binası mənzilə çevrilib və onun daxili həyətinin forması da dəyişdirilib.[2]

1986-1988-ci illər ərzində aparılmış təmir bərpa işlərindən sonra fasadı indiki klassik görkəmə salınıb.[2]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[4]

Hazırda yaşayış mənzili kimi istifadə olunur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 İçəri şəhər tarixdə - tarix İçəri şəhərdə Elmi-praktik konfrans (Məqalələr toplusu) (PDF) (az.). Bakı: Elm və təhsil. 2016. 362. ISBN 978-9952-8176-6-9. 2020-11-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-29.
  2. 1 2 3 İçəri şəhər tarixdə - tarix İçəri şəhərdə Elmi-praktik konfrans (Məqalələr toplusu) (PDF) (az.). Bakı: Elm və təhsil. 2016. 363. ISBN 978-9952-8176-6-9. 2020-11-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-29.
  3. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  4. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.