Mirzə Əhməd məscidi — Vikipediya

Mirzə Əhməd məscidi
Xəritə
40°22′02″ şm. e. 49°50′08″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Memar Hacı Mirzə Əhməd
Tikilmə tarixi 1345
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti Tavanı yoxdur, dağılmaq üzrədir.
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
İstinad nöm.2182
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Əhməd məscidiİçərişəhərdə yerləşən XIV əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Hazırda məscid fəaliyyət göstərmir.

Tarixi[redaktə | mənbəni redaktə et]

1345-ci ildə[1] Hacı Mirzə Əhməd tərəfindən tikilmişdir.

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[2]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[3]

Memarlığı[redaktə | mənbəni redaktə et]

Məscid kiçik оlub yаşаyış məhəllələrinin cərgəsinə dахildir. Plаndа dördbucаq şəklindədir. Kvаdrаt fоrmаlı vestibüldən, xidməti оtаqdаn və tахçаlı ibаdət zаlındаn ibаrətdir. Məscidin memаrlıq-kоnstruktiv quruluşu yerli dаş qübbələrdən və çаtmа fоrmаlı tаğlаrdаn ibаrətdir. Məscidin giriş qapısı yerləşən divarının mərkəzində "Qurаn" məzmunlu, eləcə də memаr hаqqındа məlumat verən еpiqrаfik yazı məscidin yüksək dəyərini göstərir.

Məscidin tavanı və yan yardımçı otağı uçulmuşdur. Məscidin qədim məbəd üzərində inşa olunduğu ehtimal olunur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 50. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  2. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.

Mənbə[redaktə | mənbəni redaktə et]