Əbu Bəkr məscidi (Bakı) — Vikipediya

İslam
Əbu Bəkr məscidi
Din
Başçısı Qamət Süleymanov
Statusu Qafqaz Müsəlmanları İdarəsi
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Memarlıq
Tikdirəni
Üslubu İslam memarlığı
Binası 2 minarə
Vəziyyəti İşlək
Əbu Bəkr məscidi xəritədə
Əbu Bəkr məscidi
Əbu Bəkr məscidi
Saytı
QMİ

Cümə (rəsmi) və ya Əbu Bəkr məscidi (ümumişlək) — 1997-ci ildə Bakı şəhərində, səhabə və ilk xəlifə olmuş Əbu Bəkr As-Siddik şərəfinə inşa edilmiş məscid.

Tarixi[redaktə | mənbəni redaktə et]

Küveyt Xeyriyyə cəmiyyətinin dəstəyi ilə inşa edilmişdir. Azərbaycanın ən böyük sünni məscidi sayılır. Azərbaycan KİV məscidə gələnləri radikalizmdə və vəhhabizmdə ittiham edirlər.[1] Ancaq məscidin imamı Qamət Süleymanov dəfələrlə onların vəhhabi olmamasını bildirmiş və bunun böhtan olduğunu demişdir.[2]

Cümə günləri məscidi 6 min insan ziyarət edir. Məscidin imamı Qamət Süleymanov tərəfindən xütbələr oxunur. Məsciddə ərəb dili, Quran təfsiri, hədis və islam əqidəsi tədris olunur. Ramazan ayında iftar süfrələri açılır və Təravih namazı qılınır.

Məsciddə qadınlar üçün ayrıca bölmə var. Məscid yaxınlığında isə islam ədəbiyyatı, geyimləri və parfumeriyası satılan dükan vardır.

17 avqust 2008-ci ildə məscidə iki əl qumbarası atılır. Terror nəticəsində 2 nəfər ölür və 18 nəfər ağır bədən yaraları alır. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da olur. Azərbaycan polisi terror aktına görə İlqar Mollaçıyevin rəhbəri olduğu «Meşə qardaşları» qrupunun törətdiyini bəyan etmişdir.[3] 2008-ci ilin oktyabrında Nərimanov rayon məhkəməsi məscidin ziyarət edilməsinə qoyulan qadağanı aradan götürmüşdür.[4]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Почему в Азербайджайне закрывают мечети". BBC. 2009-11-09. 2013-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-28.
  2. "«Əbu Bəkr» məscidinin imamı Qamət Süleymanov: «Mən vahhabi deyiləm»". 2016-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-21.
  3. "В Баку восстановлена деятельность мечети «Абу-Бакр»". islamnews.ru. 2008-10-29. 2014-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-28.
  4. "Мечеть «Абу-Бакр», открытую для посещения, будет охранять полиция". РИА Новости. 2008-10-28. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-28.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]