Cümə məscidi (Salyan) — Vikipediya

Cümə məscidi
Xəritə
39°35′54″ şm. e. 48°59′06″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Status Yerli əhəmiyyətli tarixi abidə
Şəhər Salyan
Yerləşir Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi 83.
Memar Kərbəlayi Əli Əkbər
Tikilmə tarixi 1865
Üslubu islam memarlığı
Günbəzləri 18
Vəziyyəti Restavrasiya olunub (2010—2012)
İstinad nöm.4956
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cümə məscidiAzərbaycanın Salyan şəhərində yerləşən XIX əsrə aid məscid və tarix-memarlıq abidəsi.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Salyan Cümə məscidi 1865-ci ildə Salyan şəhərində tikilib.[1] Məscidin üstündəki kitabədə onun 1283-cü ildə (miladi təqvimi ilə 1865-ci il) Hacı Mehdinin oğlu Ağahüseynin şərəfinə usta Kərbəlayi Əli Əkbər tərəfindən inşa edildiyi qeyd olunub.[2] Deyilənə görə məscidinin memarı əslən ərdəbilli olan Kərbəlayı Əli Əkbər Hindistanda, eləcə də Ərdəbildə də məscid tikib.[3] Məscidin giriş qapısının yan tərəflərində 2, içəridə isə bir daş kitabə var.

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[4] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[4] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[4][5] Salyan Cümə məscidi də bu dövrdə ibadətə bağlanıb. Yol çəkmək adı ilə məscidin 21 günbəzindən 6-sı sökülüb və məscidin binasından anbar kimi istifadə olunub. Daha sonra burada rayon rəsm qalereyası yerləşib.[6]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1992-ci ildə məscid öz fəaliyyətini bərpa edib.[6] Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[7]

2003-cü ildə Kür çayının daşması ilə əlaqədar yaranan qrunt sularının təsiri nəticəsində məscidin 9 günbəzi uçub və o yararsız hala düşüb.[6][8] 2010–2012-ci illərdə məscid Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bərpa edilərək dindarların istifadəsinə verilib.[6][8]

Divarları daş plitələrlə üzlənmiş məscidin həyətyanı sahəsi 21x20 metr, iç sahəsi isə 21x12 metrdir. Məscidin vaxtilə 21 günbəzi olub. Günbəzlər 10 ədəd sal daşdan olan sütunun üstündə dayanıb. İç divarları qırmızı kərpiclə işlənib. Minarəsinin hündürlüyü isə 8 metrdir. Minbəri taxtadandır və beşpilləlidir.[9]

  1. Azərbaycanın seçilmiş İslam abidələri (PDF) (az.). Bakı: Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. 2015. 80. 2024-09-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-19.
  2. "Salyanın uçmuş Cümə məscidi bərpa olunur". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2010-10-15. İstifadə tarixi: 2024-09-19.
  3. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 241. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  4. 1 2 3 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  5. Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
  6. 1 2 3 4 "İlham Əliyev Salyanda əsaslı təmir və bərpa edilmiş Cümə məscidi ilə tanış olmuşdur » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-09-19.
  7. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  8. 1 2 "Salyan şəhərindəki Cümə məscidinin təmir-bərpa olunması". irs.gov.az. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
  9. "Salyan şəhər Cümə məscidi". sirat.az. 2021-09-14. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.