Şərəfxanlı məscidi — Vikipediya

Şərəfxanlı məscidi
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Əli bəy Hüseynzadə küç. [1]
Sifarişçi Məşədi Molla İbrahim
Tikilmə tarixi 1915
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti stabil
İstinad nöm.3860
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Şərəfxanlı məscidi (Gəncə)
Şərəfxanlı məscidi

Şərəfxanlı məscidiAzərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi.

Haqqında[redaktə | mənbəni redaktə et]

Şərəfxanlı məscidi Şərəfxanlı nəslindən olan Məşədi Molla İbrahim tərəfindən 1915-ci ildə Şərəfxanlı məhəlləsində tikilmişdir. Məscid 4 otaqdan ibarətdir və günbəzlidir. 1920-ci il Gəncə üsyanında öldürülmüş beş nəfər Şərəfxanlı məhəlləsinin sakinini o zamanlar şəhər qəbristanlığında dəfn etmək mümkün olmadığı üçün məscidin həyətində dəfn ediblər. Sovet işğalından sonra məscid M.F.Axundov adına 7№-li natamam orta məktəbə çevrildi. Sonralar bu məktəb ictimai iaşə idarəsinin kulinariya məktəbi oldu.[2] Binadan hazırda kitabxana və nikah evi kimi istifadə edilir.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şərəfxanlı məscidi". ganja.mctgov.az. 25 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2020.
  2. "Gəncənin Şərəfxanlı məhəlləsi". ganca.org. 4 noyabr 2013. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2020.
  3. Cahid Səyyah. "Gəncə - qəribsəmiş məscidlər diyarı". deyerler.org. 3 noyabr 2010. 25 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2020.