Heydər məscidi — Vikipediya

İslam
Heydər məscidi
Din
Başçısı Hacı Sabir Həsənli
Xeyir-duası 2015 Allahşükür Paşazadə tərəfindən
Statusu Qafqaz Müsəlmanları İdarəsi
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Yeri Binəqədi rayonu
Ünvanı 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi[1]
Memarlıq
İnşa tarixi 2012 – 2014
Tikdirəni İlham Əliyev
Memarı Ədalət Məmmədov
Üslubu Şirvan-Abşeron memarlığı
Binası 2 gümbəz və 4 minarə
Minarələrin sayı 4
Minarələrin hündürlüyü 95 m
Tutumu 7000
Ümumi sahəsi 12.000 m²
Vəziyyəti İşlək
Heydər məscidi xəritədə
Heydər məscidi
Heydər məscidi
Saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Heydər məscidiBakı şəhərinin Binəqədi rayonunda yerləşən, 2012–2014-cü illərdə Prezident İlham Əliyevin tapşırığı ilə tikilən məscid.[2]

Prezident İlham Əliyevin Sərəncamına əsasən 2012-ci ilin sentyabr ayında məscidin tikintisinə başlanılmışdır. 26 dekabr 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilən məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənmişdir. Məscid üzərində hündürlüyü 95 metr olan 4 minarə inşa olunmuşdur. 12.000 m² sahədə salınmış Heydər məscidinin daxili 4.200 m² sahəni əhatə edir. Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılmışdır.[2] Məsciddə eyni vaxtda 7000-ə yaxın insan ibadət edə bilir.[1]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 26 dekabr 2014-cü il tarixində Heydər məscidinin açılışında iştirak etmişdir.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Məscid 26 dekabr 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilmişdir.[3][4] Məscid 12.000 m² sahədə salınıb, daxili isə 4.200 m² sahəni əhatə edir.[3][4] Məscidin fasadı Şirvan – Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənilmiş, hündürlüyü 95 metr olan 4 minarə inşa olunmuşdur.[3][4] Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılmışdır.[3][4]

Qafqaz Müsəlmanları İdarəsi məscidə sünni təriqəti üzrə imam (Hafiz Abbasov) və şiə təriqəti üzrə axund (Rüfət Qarayev) təyin edib.[5]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) axund və imam təyinatına baxmayaraq, "Heydər" məscidində dini icma yaradılmayacaq: "Bu məscid dini icma olmadan fəaliyyət göstərəcək. Bütün bunlar qanuna uyğundur. Çünki o məscid ayrıca bir kompleksdir və bir məscid-kompleks olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindədir. Bu baxımdan da buranın idarəçiliyi özəl formada həyata keçirilir. Ona görə də bu məscid digər məscidlərin idarəçiliyindəki qaydalarla deyil, kompleksin əsasnaməsini əsas götürülərək idarə olunacaq".[6]

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Heydər məscidi" (az.). http://www.binegedi-ih.gov.az. Archived from the original on 2022-08-07. İstifadə tarixi: 16 mart 2023.
  2. 1 2 ""Heydər" məscidi" (az.). https://scwra.gov.az. Archived from the original on 2022-08-04. İstifadə tarixi: 16 mart 2023.
  3. 1 2 3 4 Heydər məscidi açıldı (FOTO) — ANSPRESS. COM Arxivləşdirilib 2015-07-17 at the Wayback Machine — Xəbərin onlayn yayımlanma tarixi: 26.12.2014 14:57; Yoxlanılıb: 15. fevral 2015
  4. 1 2 3 4 İlham Əliyev Bakıda Heydər məscidinin açılışında iştirak edib — www.president.az Arxivləşdirilib 2021-07-25 at the Wayback Machine — Xəbərin onlayn yayımlanma tarixi: 26 dekabr 2014, 14:40; Yoxlanılıb: 15. fevral 2015
  5. ""Heydər məscid"nə imam və axund təyin olundu" (az.). lent.az. 2016-01-22. 2016-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-27.
  6. ""Heydər" məscidi dini icmasız fəaliyyət göstərəcək" (az.). lent.az. 2016-01-26. 2016-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-27.